Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:35

FED faizi artırdı - manat necə olacaq?


100 dollarlıq.
100 dollarlıq.

ABŞ Federal Ehtiyatlar Sistemi - (ing.) FED-in dünən başlamış iclası başa çatıb. İclasda faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 0,50%-0,75% aralığından 0,75%-1%-ə qaldırılıb.

Bu il daha 2 dəfə uçot dərəcəsinin artırılacağı gözlənilir.

Son dəfə, ötən il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.

Buna da bax:​ Banklar niyə dollar almağa manat tapmır?

FED-in növbəti toplantısı 2-3 mayda keçiriləcək.

Dünya iqtisadiyyatının ən önəmli aktyoru sayılan FED-in faiz artımı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdən ötrü böyük əhəmiyyət daşıyır. Hər faiz artımı bu ölkələrin milli valyutalarında dəyər itkisinin davam etməsi deməkdir.

FED faiz artımı siqnalını vermişdi

Buna da bax:​ Manata bir təzyiq də FED-dən gələcək

Əslində, FED rəsmiləri faiz artımının siqnalını vermişdi. FED-in Federal Açıq Bazar Komitəsi 30 yanvar - 1 fevral iclasının protokollarında iqtisadi fəallığın doğru yolda irəliləyəcəyi halda, FED-in “olduqca yaxın zamanda” faiz artıracağına işarə etmişdi. Bundan başqa, FED rəhbəri Jennet Yellen mart ayında faiz artımına gediləbiləcəyinə Çikaqodakı çıxışında işarə etmişdi. Əksər FED rəhbərləri də faiz artımını dəstəkləyən bəyanatlar vermişdi.

XS
SM
MD
LG