Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Fikrət Hüseynli: Məni Əfqan kimi oğurlamaq istəyirlər [Yenilənib]


Fikrət Hüseynli (Arxiv)
Fikrət Hüseynli (Arxiv)

“Qanuni yolla mənim Ukraynadan Azərbaycana verilməyim mümkün deyil. Ancaq mənə hiss etdirirlər ki, Əfqan Muxtarlı kimi oğurlayıb, Azərbaycana aparmaq istəyirlər”.

Hazırda Ukraynada - Kiyevdəki Borispol hava limanında polis nəzarətində saxlandığını deyən azərbaycanlı jurnalist Fikrət Hüseynli Azadlıq Radiosuna belə deyib.

F.Hüseynli bildirib ki, hava limanının polis məntəqəsində Azərbaycanın Ukraynadakı səfirliyinin bir neçə əməkdaşı var.

Ancaq jurnalistin bu dediklərini Azərbaycanın Ukraynadakı səfirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

“Ancaq onların heç biri mənimlə birbaşa təmas qurmur. ”, deyən F.Hüseynli saxlanmasının qeyri-iş günündə baş verməsini də şübhəli məqam sayıb.

F.Hüseynli əlavə edib ki, məhdudiyyətlərlə olsa da, hələlik, onun telefonla əlaqə saxlamasına icazə verilir. O, deyib ki, sığınacaq aldığı ölkənin - Niderlandın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanıb

Deməsinə görə, qeyri-iş günü olduğundan gələn həftənin ilk günlərində məsələnin araşdırılacağı bildirilib.

Jurnalist nəyə görə saxlanması barədə, artıq ona detallı bilgi verildiyini söyləyib.

“Nəsimi rayon Polis İdarəsində bir neçə il əvvəl barəmdə cinayət işi açılıb. Məni Cinayyət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham edirlər”.

“Sərhədsiz Rpoertyorlar”təşkilatından isə jurnalistin saxlanması olayından xəbərdar olduqlarını bildiriblər.

Təşkilatdan olayla bağlı Ukraynanın əlaqəli qurumlarına yönəlmiş müraciət hazırlandığı bildirilib.

F.Hüseynli bu gün, oktyabrın 14-ü günorta saatlarında Kiyevdəki Borispol Hava Limanındasaxlandığını bildirib. Deməsinə görə, onu Ukraynanın Sərhəd Xidmətinin əməkdaşları saxlayıb. O, bir qədər əvvəl isə onu saxlayanların interpol əməkdaşları olduğunu açıqlamışdı.

Fikrət Hüseynlinin nümunə gətirdiyi jurnalist Ə.Muxtarlı isəmayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax: Əfqan Muxtarlının həbs müddəti artırıldı

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Əfqan Muxtarlı da ittihamları qəbul etmir. Bunu araşdırma yazılarına cavab kimi dəyərləndirib.

XS
SM
MD
LG