Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Gömrük Komitəsinin üzü güləcək


Foto: arxiv, Astara Gömrük Keçid Məntəqəsi
Foto: arxiv, Astara Gömrük Keçid Məntəqəsi

İllik planı yerinə yetirməsi üçün Dövlət Gömrük Komitəsinin oktyabrda 156 milyon manat toplaması yetərlidir

Əlli faizə yaxın artım

Təkcə sentyabrda 227,6 milyon manat vergi və rüsum toplayan gömrükçülər 9 ayda dövlət büdcəsinə 1 milyard 653,8 milyon manat köçürməyə nail olublar. Bu, ötən ilin eyni dövründəki göstəricidən 529,6 milyon manat və ya 47,1 faiz çoxdur.

İqtisadçı Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin (DGK-nın) gözləniləndən çox vəsait toplamasını gömrük sistemindəki dəyişikliklərdən bəri uçot-qeydiyyat intizamının artırılmasından, ödənişlərin, əsasən, rəsmiləşdirilməsindən və manatın dəyərsizləşməsindən qaynaqlandığını düşünür.

Buna da bax: Gömrük Komitəsi ittihamlara cavab verdi

Hökumətdən gömrük vasitəsilə istehsalçılara dəstək

Hökumət yerli sənayeini xarici təzyiqlərdən qorumaq və müəyyən sahələrdə istehsalı stimullaşdırmaqdan ötrü addımlar atır. Bundan ötrü gömrük rüsumlarından da alət kimi yararlanmaqdan çəkinmir.
Avqustda idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə 244 milyon, iyulda isə 186,8 milyon manat vəsait daxil olub. Sentyabrın 6-dan başlayaraq, mis məhsullarını ixracına, noyabrdansa yerli istehsala dəstək məqsədilə bəzi ərzaq mallarının və tikinti materiallarının idxalına rüsum tətbiqi gömrük işçilərinin işini bir qədər də asanlaşdıracaq.

Göstərici təkrarlana bilər

Builki dövlət büdcəsinə DGK xəttilə 1 milyon 810 milyon manat yığılması nəzərdə tutulsa da, faktik yığım, ən azı, gələn il üçün dövlət büdcəsi layihəsində proqnozlaşdırılan həcmdə, yəni 2,2 milyard manat toplayacaqlar. Bunun üçün gömrükçülər ilin sonuncu rübündə 546 milyon manat, və ya hər ay 182 milyon manat yığmalıdırlar.

Buna da bax: Gömrük postunda “rastamoşka” haqq-hesabı....​

Hökumət də görür ki, korrupsiya var

Maliyyə Nazirliyi ötən illə müqayisədə gömrük daxilolmalarının 600 milyon manatdan çox artımını həm də elektron bəyannamə qəbuluna keçidə bağlayır. Bəyannamələrin elektron rejimdə qəbulu may ayından başlanıb. Başqa sözlə, hökumət də gömrük sistemində insan amilinin azalmasını daxilolmaların artımında önəmli səbəb kimi dəyərləndirir və dolayısıyla,müstəqil ekspertlərin gömrük sistemndə korrupsiya olması barədə illərdir söylədiklərini etiraf edir.

Ekspertlər yenə «artacaq» deyirlər

Bəzi ekspertlərin fikrincə, hökumət gələn il müəyyən məhsullara gömrük rüsumlarını artıracaq. Bunlar qənnadı məhsulları, qara metal məmulatı, qablaşdırılmış qara çay, araq, bəzi mebel və toxuculuq sənayesi məhsulları və s ola bilər.Söhbət ölkədə buraxılan və idxalının məhdudlaşdırılmasının inflyasiya yaratma riskləri aşağı olan məhsullardan gedir.

XS
SM
MD
LG