Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:46

Sakinlər ağackəsənlərin dəzgahını “girov” götürüb


►“Bu gecə yenə gəlmişdilər. Ağacları kəsirdilər. Yenə səsə oyandıq, biz ora çatanda ağackəsənlər dəzgahları atıb, maşınlara minib aradan çıxdılar”

Suraxanı rayonu, Yeni Günəşli, AB yaşayış massivi, Abbas Fətullayev küçəsindəki yaşıllıq ərazidə olan ağacların kəsimi davam edir. 3 gün əvvəl həmin ərazidəki binalarda yaşayan sakinlər “Qaynar xətt”ə bir gecədə 8 ağacın kəsildiyini, onların müdaxiləsindən sonra kəsimin qarşısının alındığını demişdilər.

Həmin sakinlər AzadlıqRadiosuna təkrar müraciət edərək mayın 19-dan 20-nə keçən gecə ərazidə ağac kəsiminin davam etdiyini bildiriblər. Ərazidə yaşayan Rüstəm Gözəlov:

“O gün 8 idisə, indi xeyli ağac kəsilib. O ağacları özümüz əkmişdik, 30 ilə yaxındır ki, qoruyurduq. İlk dəfə ağac kəsimi olanda İcra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, polisə müraciət etdik. Hələ ağackəsənlərdən bir neçəsini polisə də apardılar. Sonra buraxdılar. Hər halda həmin şəxslər polisdə bu ağacları kimin tapşırığı ilə kəsdiklərini deyiblər. Bu boyda iş özbaşına görülmür”.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

KİMLİKLƏRİ BİLİNMİR?

Mayın 20-də əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları gəliblər. Departamentin aparıcı məsləhətçi müfəttişi Yaşar Kərimov AzadlıqRadiosuna bildirib ki, fakt araşdırılır:

“275 və 279 saylı orta məktəblərin, 149 saylı uşaq bağçasının əhatəsindəki yaşıllıqda ağacların kəsilməsi ilə bağlı sakinlərdən gələn şikayətə görə əraziyə getmişik. Baxış zamanı müxtəlif yaşlı 19 ağacın kəsildiyini müəyyən etmişik, akt tərtib etmişik. Sakinləri danışdırmışıq. Onlar ağacların gecələr saat 3-4 radələrində naməlum şəxslər tərəfindən kəsildiyini deyirlər. Biz də ağacları kəsən şəxslərin kimliklərini müəyyən etməkdən ötrü Daxili İşlər Nazirliyinə və Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik”.

Sakinlər ağac kəsənlərin qaçarkən ərazidə qoyub getdikləri kəsici dəzgahını “girov” saxlayıblar. İndi dəzgah sahibinin ortaya çıxmasını gözləyirlər.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

XS
SM
MD
LG