Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Haaqada Rusiyanın təcavüz cinayətini araşdıran mərkəz açılıb


Buça qurbanlarından biri
Buça qurbanlarından biri

Haaqada Rusiyanın Ukrayna qarşı təcavüzünün cinayətlərini araşdıran beynəlxalq mərkəz açılıb.

Mərkəzin işində Ukraynadan, Avropa İttifaqından, ABŞ və Beynəlxalq Cinayət Məhkəməsindən prokurorlar iştirak edirlər.

Şərhçilər bildirirlər ki, bu, Rusiyaya qarşı xüsusi tribunalın işə başlamasında ilk mərhələ hesab oluna bilər.

Mərkəzin prokurorları sözü gedən xüsusi tribunal üçün sübutların toplanması ilə məşğul olacaqlar.

Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders deyib ki, beləliklə günahkarların məsuliyyətə cəlb edilməsi yolunda ilk addım atılıb.

O əlavə edib ki, Avropa İttifaqı Ukraynanı zəruri olduğu qədər dəstəkləməkdə davam edəcək.

'Tərtər işi': Ləğv olunan hökmün cəzası
Gözlə

No media source currently available

0:00 0:09:30 0:00

Beynəlxalq ədliyyədə boşluq

Ukraynanın baş prokuroru Andrey Kostin deyib ki, beynəlxalq cinayət ədliyyəsinin arxitekturasında boşluq var. Belə ki, hazırda təcavüz cinayəti üçün məsuliyyət nəzərdə tutulmayıb.

Onun sözlərinə görə bu mərkəz təcavüzün qadağanının hüquqi mexanizmlərini gücləndirəcək və sözü gedən “boşluq” doldurulacaq.

"Qəti əminəm ki, biz birlikdə ədaləti bərpa edə bilərik. Bu, Avropada qanlı müharibəyə başlayan və hər gün beynəlxalq hüququ və insan haqlarını pozmaqda davam edən Rusiyanın təcavüzkar kimi məsuliyyətini qaçılmaz edəcək”.

Haaqada mənzillənən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) daha geniş təcavüz cinayətinin təhqiqatı üçün mandata malik deyil.

BCM Ukraynada daha konkret hərbi cinayətləri və insanlığa qarşı cinayətləri araşdırır.

Hərbi cinayətlər

Bu ilin martında BCM Ukrayna uşaqlarının zorla Rusiyaya deportasiyasına görə prezident Vladimir Putinin həbsinə order verib.

Kiyev Buçada törədildiyi iddia olunan hərbi cinayətlərlə bağlı beynəlxalq tribunalın yaradılmasına çağırıb.

Rusiya Buçada dinc sakinlərə qarşı cinayətlər törətdiyini danır. Buna baxmayaraq Buçada dinc sakinlərin qətlləri ilə bağlı onlarca cinayət işləri qaldırılıb. Müttəhimlərin bir çoxu uzunmüddətli həbsxana cəzalarına məhkum edilib.

Martda BMT Təhlükəsizlik Şurasının hamiliyi altında hazırlanmış hesabatda deyilirdi ki, Rusiya Ukraynada çox sayda hərbi cinayətlər, habelə ehtimalən insanlığa qarşı cinayətlər törədib.

XS
SM
MD
LG