Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:21

Əgər Harvey qasırğası da neftin qiymətini qaldırmadısa…


Harvey qasırğası Texas və Meksika körfəzində neft hasilatına ağır zərbə vurub.

CNN yazır ki, normal vaxtlarda belə bir təbii fəlakət təchizat narahatlığı yaradar və neft qiymətlərini qaldırmış olardı. Lakin bunun tamamilə əksi baş verib.

Neft qiymətləri qasırğa zərbəsi ilə eyni gündə 3 faiz düşüb. Bu, son iki ayda neft qiymətlərinin ən böyük enişidir.

Elə isə Harvey qasırğası niyə neftin və benzinin qiymətini qaldıra bilməyib?

Ən maraqlısı budur ki, tarixi qasırğanın ən böyük zərbəsi neftin ən böyük müştərilərini – neftayırma zavodlarını və Amerika sürücülərini vurub.

Harvey qasırğasına görə Körfəz sahili boyunca 10 neft emalı zavodu bağlanmalı olub.

ExxonMobil şirkətinin nəhəng Baytown zavodunda hətta dağıntı baş verib.

İşləyən neftayırma zavodları da tam gücü ilə işləmir. Hyuston və Korpus Kristi limanları bağlıdır.

Qasırğa benzin və dizelə tələbatı azaldıb
Qasırğa benzin və dizelə tələbatı azaldıb

Başqa sözlərlə günə 3 milyon barrel xam neft - benzinə və başqa neft məhsullarına emal edilməyib. Bu, bütün ABŞ istehsalının 16 faizi deməkdir.

FGE Energy firmasının təxminlərinə görə Harvey qasırğası Körfəzdə günə 380 min barrel, materikdə isə günə 400 min barrel neftin emalına imkan verməyib. Hərçənd neft hasilatı təsirlənməyib.

ABŞ-da şist neftinin hasilatı o qədər yüksəkdir ki, Harvey qasırğasının bütün dağıdıcı zərbəsini dəf edib.

Məsələ burasındadır ki, qasırğa həm də neftə olan tələbata zərbə vurmuş olub. Axı təbii fəlakət Amerikanın dördüncü böyük şəhəri olan Hyustonu iflic vəziyyətinə salıb.

Bu isə avtomobillər, yük maşınları və təyyarələr üçün daha az benzin və dizelə ehtiyac deməkdir.

FGE-nin təxminlərə görə daşqınlar benzinə olan tələbatı günə 150 min barrel azalda bilər.

Son nəticədə bütün bunlar neftin qiymətini qaldırmaq əvəzinə endirib.

XS
SM
MD
LG