Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

Muxtarlının azad edilməsi alqışlanır, başqalarının da buraxılması tələb olunur


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Human Rights Watch (HRW) insan haqları təşkilatı Azərbaycanı siyasi motivlərlə ittiham olunan azı beş jurnalist və blogerin həbsxanadan azad edilməsinə çağırıb.

Nyu Yorkda mənzillənmiş insan haqları qrupu bu bəyanatı martın 18-də təhqiqat jurnalisti Əfqan Muxtarlı həbsxanadan buraxıldıqdan bir gün sonra verib.

Bu hadisəni Azərbaycandan gələn “nadir yaxşı xəbər” adlandıran təşkilatın bəyanatında azadlığı tələb edilən digər jurnalistlərin adları çəkilir.

Bunlar Polad Aslanov, Fuad Əhmədli, Ziya Əsədli, Araz Quliyev və Elcin İsmayıllıdır.

HRW Azərbaycan hakimiyyətini bu jurnalistlərin və blogerlərin azad olunmasına və onlara öz fəaliyyətlərini azad şəkildə davam etdirmək imkanının yaradılmasına çağırır.

Bəyanatda bu da deyilir ki, Azərbaycanda, 2014-2016-cı illərdə həbsxanada saxlanmış təhqiqat jurnalisti Xədicə İsmayıl da daxil olmaqla jurnalistlərə hələ də “qanunsuz və əsassız səfər qadağanlarının” qoyulması davam edir.

Məsələyə aydınlıq gətirilməyib

Martın 17-də Bakı məhkəməsi Muxtarlının vaxtından əvvəl azad edilməsi və ona ailəsi ilə qovuşmaq üçün Almaniyaya getmək icazəsinin verilməsi barədə qərar qəbul edib.

Əfqan Muxtarlı Almaniyaya çatdı, ailəsiylə görüşdü
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Muxtarlı 2017-ci ildə mühacirətdə yaşadığı Gürcüstanda oğurlanmış və Azərbaycana gətirilərək məhkum edilmişdi.

Bu hadisənin ilk günündən beynəlxalq insan haqları müdafiəçiləri və beynəlxalq icma Muxtarlının həbsinin qanunsuz və siyasi motivli olduğunu bildirirdilər.

Həbsxanada səhhəti ağırlaşana jurnalistə lazımi tibbi xidməyitin göstərilmədiyi deyilir.

Gürcüstan hakimiyyət orqanları bu faktla bağlı cinayət işi açmış və ölkənin bir neçə əks-kəşfiyyat və sərhəd rəsmisini vəzifələrindən uzaqlaşdırmışdı.

Azərbaycan tərəfi məsələyə hələ də aydınlıq gətirməyib.

XS
SM
MD
LG