Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:51

Xaricdəki vətəndaşlarını hədəfə alan ölkələr arasında Azərbaycanın da adı çəkilir 


14 dəfə təxirə salınan məhkəmə: Azərbaycana deport olunanların vəziyyəti necədir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

14 dəfə təxirə salınan məhkəmə: Azərbaycana deport olunanların vəziyyəti necədir?

Dünyada bir sıra hökumətlər sərhədlərini aşaraq öz vətəndaşları, yaxud keçmiş vətəndaşlarına qarşı insan haqları pozuntuları törədirlər, məqsəd isə narazıları susdurmaq, yaxud qarşısını almaqdır. Bu barədə “Human Rights Watch” insan haqları təşkilatı fevralın 23-də hesabat yayıb.

“Transmilli repressiya” metodlarına gəlincə, buraya qətl, oğurlama, konsulluq xidmətlərindən sui-istifadə, qohumların hədəfə alınaraq kollektiv cəzalandırılması, rəqəmsal hücumlar daxildir.

“Human Rights Watch” bildirir ki, hökumətlər transmilli repressiyanı insan hüquqlarına spesifik təhdid kimi müəyyənləşdirməli, qurbanlara qoruma təklif etməli, özləri bu pozuntulara əlbir olmamalıdır.

Hesabatda azı 24 hökumətin adları çəkilir, onların sırasında Azərbaycan, Belarus, İran, Türkiyə, Rusiya, Tacikistan var. Ümumilikdə hesabata qurumun daha öncə sənədləşdirdiyi 75-dən çox hal salınıb.

Azərbaycan hakimiyyətinin bu hesabatda deyilənlərə münasibəti bəlli deyil. Ancaq rəsmilər indiyədək ölkədə insan haqlarının pozulmasına dair fikirləri rədd edib, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər.

Uzunmüddətli təsirlər

“Human Rights Watch” qeyd edir ki, transmilli repressiyanın uzunmüddətli təsirləri ola bilər, hədəfə alınanlar, yaxud hədəfə çevriləcəyini düşünənlərin ifadə, toplaşma və birləşmə azadlıqlarına ciddi təsir göstərə bilər.

Hesabatda insan haqları müdafiəçiləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, siyasi opponentlər və digərlərinin işləri nəzərdən keçirilir. Bir dissidentə hökuməti deyibmiş ki, “səni tapacağıq və səni öldürəcəyik”. Az sonra o yoxa çıxıb və harada olduğu bəlli deyil.

Bir çox qurban yeni ölkədə sığınacaq istəyən, yaxud qaçqınlardır. Bir qurbana ölkəsinin rəsmiləri deyiblər ki, danışsa, “özünü ölmüş” bilsin. Hədəfdə olan şəxslərin ölkələrində qalan ailələri də qurbana çevrilə bilərlər.

Bəzi hökumətlər ayrı-ayrı şəxsləri Beynəlxalq Kriminal Polis Təşkilatı - İnterpol vasitəsilə axtarışa da veriblər.

XS
SM
MD
LG