Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

İdxalımız bahalaşıb, ixracımız ucuzlaşıb


Vüqar Bayramov
Vüqar Bayramov

Azərbaycanda qiymətlərin artmasında idxalın payı ciddidir. Bu ilin 7 ayında da belə olub. Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ilin iyulunda idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2.3 faiz qalxıb. Komitə MDB ölkələrindən idxal olunan məhsulların 4.1 faiz, digər ölkələrdən idxal olunan məhsulların isə 1.7 faiz bahalandığını bildirir.

İXRAC MƏHSULLARI UCUZLAŞIB

İxracda isə əksi baş verib. 2016-cı ilin iyulunda ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 4 faiz düşüb. MDB ölkələrinə ixrac olunan məhsullar 0.2 faiz, digər ölkələrə ixrac olunan məhsullar 4.5 faiz ucuzlaşıb.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, idxalın bahalanması manatın dollara nisbətən həmin müddətdə dəyər itirməsi ilə bağlıdır: «Valyutanın bahalaşması ölkəyə gətirilən məhsulların qiymətini artırır. Və onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır».

Ekspert əlavə edir ki, eyni zamanda bir sıra qonşu ölkələrdə milli valyutaların dollara nisbətən, cüzi olsa da, möhkəmlənməsi müşahidə edilir ki, bu da idxal inflyasiyasına təsir göstərir.

«MƏQSƏD BAHALI İXRAC DEYİL...»

V.Bayramov söyləyir ki, əslində, ixracın ucuzlaşması iqtisadi baxımdan problem deyil:

«Çünki milli valyutanın dəyərinin azalması ixracı ucuzlaşdırır. Məqsəd bahalı ixrac deyil, daha çox ixrac olmalıdır».

Ekspert deyir ki, bu baxımdan da ixracın ucuzlaşması müəyyən mənada gözlənilən idi.

XS
SM
MD
LG