Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:35

İnternetdə saxta ad və hesablara görə cəza gəlir


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda internetdə saxta istifadəçi ad və ya hesablardan yararlanaraq, böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

APA-nın xəbərinə görə, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin salınmasını təklif edir. Milli Məclisə təkliflər layihəsi təqdim olunub.

Yeni maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Cinayət Prosessual Məcəlləsinə də uyğun düzəlişlər təklif edilir.

XS
SM
MD
LG