Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

BMT iqlim sahəsində 'gözəçarpan' ciddi addımlara ehtiyac duyulduğunu bildirir


Almaniyanın Frankfurt şəhərində külək turbini.
Almaniyanın Frankfurt şəhərində külək turbini.

İllik istixana qazı tullantılarının həcmi ən yüksək səviyyəyə çatıb. Bunu AzadlıqRadiosu BMT hesabatına əsasən bildirir. Dəhşətli hərarət artımının qarşısını almaq və bunun ən pis təsirindən qurtulmaq üçün təcili addımlar atılmalıdır.

BMT ətraf mühit proqramımın icraçı direktoru İnqer Andersen tək çıxış yolunu atmosfer tullantıları həcminin dərhal azaldılmasında görür. "Əvvəllər rast gəlmədiyimiz miqyas və tempdə qlobal səfərbərliyə ehtiyacımız var", - onun sözləridir.

Ölkələrin neft, qaz və kömürdən tədricən imtinaya dair vədlərindən bir il ötsə də, atmosferə atılan tullantıların azaldılması yolunda, demək olar, heç nə edilməyib.

"Ötənilki hərəkətsizliyimiz indi daha da pis durumda olduğumu göstərir", - sözügedən hesabatın həmmüəlliflərindən biri - danimarkalı iqlim siyasəti eksperti Enn Olhoff belə deyib.

BMT-nın Bakıda keçiriləcək iqlim sammitinə toplaşanlar qlobal istilik problemini çözə biləcək tədbirlərdən danışacaqlar.

Planetin havası bu il 1.3 dərəcədən çox daha da istiləşib

Dünya miqyasında günəş, külək kimi bərpaolunann enerji qaynaqlarının sayı çoxalsa da, elektrik enerjisinə daha tez artan tələbat ölkələri daha çox qalıq yanacaqdan yararlanmağa sövq edir. ABŞ-Çin rəqabəti, Ukrayna və Qəzzadakı savaşlar iqlim dəyişikliyi sahəsində beynəlxalq əməkdaşlığı daha da çətinləşdirir.

2015-ci il Paris sazişi çərçivəsində 151 ölkə istixana qazının həcmini 2030-cu ilədək azaldacağını açıqlayıb. Hər ölkə öz vədinə əməl etsəydi, bu onilliyin sonunadək qlobal tullantıların həcmi 3-11 faiz azalacaqdı. Di gəl, əvəzində bu il planet 1.3 dərəcə daha da istiləşib. İlk baxışdan az görünə bilər, ancaq istilik dalğaları, meşə yanğınları, quraqlıq, qasırğa tələfatlara yol açır, bionövlərin də nəslinin kəsilmə riskləri artır.

Ən pessimist hesablamalar göstərir ki, qlobal istilik 3 dərəcə həddini aşa bilər. Bu ssenari baş versə. iqlim gözəçarpan dərəcədə dəyişəcək və əriyən buz örtüyü dənizlərin su səviyyəsini artıracaq.

Qlobal istiləşmə: bundan daha çox suya, elektrik enerjisinə çıxışı məhdud olan əhali əziyyət çəkəcək
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Paris sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirilməsini nəzərdə tutsa da, hesabata görə, maksimum 1.5 dərəcə üçün tullantıların həcmi 43 faiz, minimum 2 dərəcə üçünsə 28 faiz azaldılmalıdır. Nəzəri olaraq bu göstərici 1.5 dərəcədən də aşağı endirilə bilər, amma bu, gerçək həyatda artıq mümkün deyil.

Bakı sammitində müzakirə olunacaq böyük mövzulardan biri varlı ölkələrin yoxsul ölkələrə maddi dəstək verməsidir. Hesabata görə, qlobal tullantıları "sıfırlamaq" üçün 0.9-1.2 trilyon dollar gərəkə bilər.

"Paris sazişini bir neçə ilə…"

Andersenin fikrincə, ölkələr indiki öhdəliklərini yerinə yetirməsə və tullantıların həcmi gözəçarpan qədər azalmasa, "bir neçə ilə Paris sazişini ölmüş saymaq olar". Onun dediyinə görə, "2 dərəcəli hədd intensiv terapiya şöbəsində 1.5 dərəcənin yerini tutacaq".

Bakıdakı sammitdən sonra növbəti COP30 Braziliyada keçiriləcək. Orada hökumətlər 2035-ci ilədək tullantıların Paris sazişinə uyğun şəkildə azaldılmasına dair yeni planlarını təqdim etməlidir.

COP30-a qatılanlar Bakı sammitinin yekunlarına dair yeni uzunmüddətli "maliyyə hədəfi"ni də razılaşdırmalıdırlar. Hələ 2009-cu ildə illik 100 milyard dollar həcmində vəsait müəyyənləşdirilsə də, bu göstəriciyə yalnız 2022-ci ildə nail olunub.

Gəlişən ölkələr maliyyə hədəfinin 1 trilyon dollardan çox olmasını, gəlişmiş ölkələrsə Çin kimi iqtisadiyyatı olanların da ayırdığı vəsaitin artırılmasını görmək istəyir.

"Böyük 20-lik" iqlimi ən çox çirkləndirənlər arasında

Çin Aİ ilə 1850-2022 illər arasında atmosferə atılan karbon dioksidin həcminə görə bərabərləşib (12 faiz). ABŞ həm Çini, həm də Aİ-ni üstələyir (20 faiz).

Ötən il Aİ, ABŞ, Braziliya, Çin, Hindistan, İndoneziya və Səudiyyə Ərəbistanının üzv olduğu "Böyük 20-lik" ölkələri istixana qazlarının toplam həcminin 77 faizinə cavabdeh idi. Müqayisə üçün, Afrikanın 55 ölkəsi atmosferə cəmi 6 faiz tullantı atıb. Çin (30 faiz), ABŞ (11 faiz), Hindistan (8 faiz), Aİ (6 faiz), Rusiya (5 faiz) və Braziliya (2 faiz) "Böyük 20-liyin" çevrəni ən çox çirkləndirən ölkələr olduğu halda, Aİ-nin göstəriciləri iqlim məqsədlərinə cavab verir.

XS
SM
MD
LG