Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:38

Nazim Bəydəmirli: 'Azərbaycanda benzin ABŞ-dan bahadır' (Video)


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Rusiya şirkətləri Aİ 95 benzinin 1 tonunu qonşumuz İrana 440 dollara satır. İranda bu markalı benzinin istehsalı olmadığından bizim kimi idxal edilir. Bu benzin bizə yəqin 20 dollar ucuzuna, yəni maksimum 420 dollara gətirilə bilər, o da 0.31 dollar olur. SOCAR-ı ayaqda saxlamaqdansa xaricdən benzin almaq daha sərfəlidir.

Bu fikirləri iqtisadçı-alim Nazim Bəydəmirli yazıb.

AzadliqRadiosu yazılanlara bağlı Nazim Bəydəmirli ilə əlaqə saxlayıb. İqtisadçı, keçmiş deputat bunları deyib:

-Mənim yazdıqlarım kommersiya sirri deyil. Rusiya ilə əlaqələrim olduğundan İran İslam Respublikasındakı iş adamlarından bununla bağlı müraciət almışdım. Mən onları Rusiyanın “Rosneft” şirkəti ilə əlaqələndirdim. Nəticə etibarı ilə Aİ 95-ın 1 tonu üçün 440 dollar təklif olundu. “Rosneft” şirkətinin Samara zavodu Qazaxıstan və Türkmənistandan keçməklə İranın Qorqan stansiyasına dəmir yolu ilə Aİ 95 benzini daşıyır. Bilirsiniz ki, texnologiya səbəbindən neft ölkələrinin əksəriyyəti Aİ 95, yaxud Aİ 98 benzini istehsal edə bilmir. Rusiya isə SSRİ zamanı qurulan bir sıra zavodların hesabına avro 4, avro 5 standartına uyğun Aİ 95, Aİ 98 istehsal edir. Avropa ölkələrinin əksəriyyətində də minik avtomobillərində bu benzindən istifadə olunur. 30 ildən çox embarqo şəraitində yaşadığından İran da neftayırma zavodlarını yeniləyə bilmir.Amma son illərdə qonşu ölkə neftayırma zavodlarını yeniləşdirməyə qərar verib.

SOCAR yanacaqdoldurma məntəqəsi
SOCAR yanacaqdoldurma məntəqəsi

-Sizin təklifinizdən istifadə etməklə insanlar hansı qazanc götürə bilər?

-SOCAR Aİ 95 və Aİ 98 markalı benzinin istehsalı üçün vaxtında qərar qəbul etməli idi. Vaxtilə Ələt tərəfdə SOCAR-ın neftayırma zavodu tikməsi gündəmə gəlmişdi. Hansını ki, Azərbaycan öz vəsaiti ilə bu zavodu inşa etməli idi. 8-ci kilometrdə və Babək prospektindəki zavodların köçürülməsi qərara alınmışdı, amma böhran səbəbindən bunlar ertələndi. Dünya iqtisadiyyatında qəbul olunmuş standart var, texnoloji avadanlıqların olmaması səbəbindən özün istehsal edə bilmirsənsə, xam nefti Ukrayna, Rumıniya, Türkiyə kimi ölkələrə ixrac edərək həmin markalı benzinlərdən almalı olursan. Bəli, özümüz Aİ 98 və Aİ 95 markalı benziniistehsal etsəydik, yaxşı olardı. Amma SOCAR-ın indiki vəziyyətində bu imkan yoxdur. Yəni texnologiyanı almaq üçün böyük vəsait lazımdır... Hökumətimiz zamanında özəl investisiya cəlb etməli idi. Ondaxam neftdən daha çoxgəlir əldə bilərdik...

- Təklifiniz gerçəkləşə bilərmi?

-İstənilən halda aksiz və idxal vergiləri var, bu isə qiyməti bazar qiymətinə uyğunlaşdıracaq. Azərbaycan kimi dövlətlər yüksək standartlı benzin istehsal edə bilmədiyindən əlavə rüsum tətbiq edirlər. Yəni biz yüksək standartlı benzin istehsal edə bilmədiyimizdən, əlavə rüsumlar tətbiq edərək, qiyməti süni bahalaşdırırıq. Bununla da SOCAR həm idxal maraqlarını qoruyur, həm də yerli istehsal maraqlarını. Ona görə də əhali bahalı benzin almağa məcbur olur. İndiki halda Azərbaycanda benzinin qiyməti ABŞ-dan yüksəkdir.

Sürücülər benzinin bahalaşmasından gileylənir, ekspert də...
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Xatırlatma

İyulun 14-də Tarif Şurası benzinin qiymətinin artırılması haqda qərar qəbul edib. Bu qərarla bir litr Aİ 92 benzinin qiyməti 70 qəpikdən 90 (0,53 dollar ) qəpiyə qaldırıldı.

Tarif Şurası bu addımı ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi istəyi ilə izah edib.

Qərarda həmçinin, vurğulanır ki, neft emalı sənayesində yenidənqurmaişlərinin həyata keçirilməsinin zəruriliyi,ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif Şurası qeyd edib ki, bu dəyişiklikdən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litrə görə, Gürcüstanda 0,86, Rusiyada 0,61, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Buna da bax:"Tarif Şurası: “Benzinin bahalanmasının yük və sərnişindaşımaya aidiyyatı yoxdur”​

XS
SM
MD
LG