Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

İranda əxlaq polisi bağlanıb, ya yox?


Əxlaq polisi (Arxiv fotosu)
Əxlaq polisi (Arxiv fotosu)

İranda ölkənin baş prokuroru əxlaq polisinin bağlandığını bildirsə də, bu hüquq-mühafizə orqanının gələcək taleyi, hələ ki, naməlum qalır.

İranda aylardır davam edən etirazlar məhz sentyabrda 22 yaşlı Məhsa Əmini hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən saxlandıqdan və polis məntəqəsində öldükdən sonra başlanıb.

Yarırəsmi ISNA agentliyi dekabrın 3-də baş prokuror Məhəmməd Cəfər Müntəziriyə istinadən əxlaq polisinin bağlandığını bildrimişdi.

Lakin iki gün sonra IRNA dövlət xəbər agentliyi yenə də Müntəziriyə istinadla əxlaq polisinin ədliyyə sisteminə aidiyyəti olmadığını qeyd etmişdi.

Dekabrın 5-ə olan vəziyyətə görə əxlaq polisinin bağlanmasına dair heç bir rəsmi təsdiq olmayıb.

Ziddiyyətli əxlaq polisi müntəzəm patrul keşiyinə 2006-cı ildə mühafizəkar prezident Mahmud Əhmədinejadın vaxtında başlayıb.

Müntəzirinin daha bir bəyanatı

Bu polis bölməsi İslami qaydalara, ilk növbədə qadınların hicab qaydalarına riayət etmələrinə nəzarət edir.

Əxlaq polisinin yaşıl uniformalı kişi zabitləri və qara çadralı qadın xəfiyyələri əvvəl-əvvəl hicab qaydalarını pozanlara yalnız xəbərdarlıq edirdi.

Lakin sonradan belə qaydaları pozanları saxlamağa və həbs etməyə başlamışdılar.

İrandan Ermənistana qaçan qadınlar danışdı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Müntəziri dekabrın 3-də habelə qadınların icbari hicablanması qaydasına parlamentdə baxıldığını demişdi.

O bildirmişdi ki, bu müzakirələrin nəticəsi iki-üç həftəyə məlum olacaq.

Hakimiyyətt Əminin ölümündən başlanan etirazlarda indiyə\dək 200 nəfərin həlak olduğunu bildirib.

Lakin insan haqları qruplıarı bu rəqəmin iki dəfə çox olduğunu deyilər. BMT etirazlarda 300-dən çox adamın öldüyünü bildirib.

Bəzi rəsmilərin tonu yumşalıb

Hakimiyyət etirazlara qarşı sərt davransa da, bəzi rəsmilər daha barışdırıcı tona keçiblər.

Dekabrın 4-də təhlükəsizlik nazirinin müavini Məcid Mirəhmədi etirazların əsas səbəbinin iqtisadi olmadığını demişdi:

"Bu məsələlərdən yalnız biridir, amma əsas səbəb deyil. Etirazlar ədalətsizliyə qarşıdır”.

Prezident İbrahim Rəisi isə dekabrın 3-də xəbərdarlıq etmişdi ki, İranın İslami təməlləri Konstitusiya ilə təsbit edilib:

"Əlbəttə bu qanunların tətbiqi metodları dəyişdirilə bilər”.

XS
SM
MD
LG