Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:12

ABŞ İran üçün dron komponentləri alan şirkətlərə sanksiyalar elan etdi


ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

Birləşmiş Ştatlar dron istehsalı üçün lazım olan avadanlığın əldə olunmasında iştirak edən İran şirkətlərinin və iranlı fərdlərin üzərinə yeni sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət departamenti Federal Təhqiqatlar Bürosu ilə birlikdə İran və Türkiyə ərazisində olan 4 hüquqi və üç fiziki şəxsin adlarını sanksiya siyahısına salıb.

Onlar İranın dron və başqa silahlar üzrə proqramları üçün avadanlıq almaqda ittiham olunurlar.

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson martın 21-də deyib ki, İranın təsiri altında olan əlaltılarına göndərdiyi dron və başqa silahlar regional və qlobal təhlükəsizliyə hədə yaradır:

“Birləşmiş Ştatlar İranın hərbi sənaye kompleksi üçün ticarətlə məşğul olan şəbəkələri hansı ölkədə olmasından asılı olmayaraq ifşa etməkdə davam edəcək”.

Moksvaya verilən dronlar

ABŞ-ın qara siyahısına salınmış şirkətlərin arasında İranda mənzillənmiş Defense Technology and Science Research Center (DTSRC) şirkəti və onun ekspeditorluğunu edən Farazan Industrial Engineering ticarət firması və şirkətin alış üzrə agentləri də var.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sözü gedən ticarət şəbəkəsi İran Müdafiə Nazirliyinin və Armed Forces Logistics qrupunun istifadəsindədir.

ABŞ-ın müdafiə rəsmiləri bildirirlər ki, Tehranın Moskvaya verdiyi dronlardan Ukraynanın mülki infrastrukturunun və dinc sakinlərinin hədəflənməsində istifadə olunur.

Dron mühərrikləri, tətbiqlər

Bundan əvvəl martın 9-da ABŞ Maliyyə Nazirliyi Çində mənzillənmiş bir şəbəkəyə sanksiyalar elan etmişdi.

Bu şəbəkə də İranın dron istehsalçıları üçün lazımi avadanlıq və komponentlər almaqda ittiham olunurdu.

DTSRC şirkətinin ticarət meneceri Əmənullah Paidar, habelə ona kömək edən Murat BukeyƏsgər Mahmudinin adları qara siyahıya salınıb.

Bukey Avropa mənşəli dron mühərrikləri və yer-göy raketləri üçün tətbiqləri Paidara və Farazan Industrial Engineering şirkətinə verməkdə ittiham olunur.

Bu da qeyd olunur ki, Bukey bundan başqa 100-dək Avropa mənşəli dron mühərriklərini və 1 milyon dollar dəyərində dron komponentlərini İranla bağlı olduğu düşünülən şirkətlərə satıb.

XS
SM
MD
LG