Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:25

Tehranda inqilab dövrünün hadisəsi təkrarlanır


Ayətullah Xamneyinin portreti
Ayətullah Xamneyinin portreti

-

Bir neçə gündür ki, Tehranda 1979-cu il inqilabının başlanğıc dövründə baş verənlər təkrarlanır:

Bir dəstə adam ABŞ səfirliyinin keçmiş binasının divarlarına “Amerikaya ölüm 2015” şüarları yazır. Şüarları silməyin faydası yoxdur, onlar yenidən peyda olur.

“Amerikaya ölüm” bu şəhərdə 35 il əvvəl Məhəmməd Rza Pəhləvini devirmək istəyən qəzəbli inqilabçıların əsas şüarı idi. İnqilabdan sonra da dövlət tədbirlərində, inqilabın ildönümündə bu şüar xorla deyilir.

…Təbrizdə ABŞ-a qarşı hansısa etiraz yoxdur – Bunu AzadlıqRadiosuna adının çəkilməsini istəməyən təbrizli fəal deyir. Şərqi Azərbaycan vilayəti bir az ümidli, bir az naümid yeni nüvə razılaşmasının onlar üçün nə ilə nəticələnəcəyini gözləyir. Təbrizdə Qərb açılımı ab-havası haqda bir azdan.

Tehranda şüarları kim yazır?

Azad Avropa və Azadlıq Radiolarının İran üzrə ixtisaslaşmış yazarı Golnaz Esfandiyari radionun Azərbaycan xidmətinə müsahibəsində deyir ki, şüar yazanların kim olması, bunu öz təşəbbüsləri və ya hansısa siyasi qrupun sifarişi ilə etməsi bəlli deyil: “Amma bu şəxslər açıq-aydın İranın Ali dini lideri Ayətullah Əli Xamneyini dəstəklədiklərini deyirlər və hətta onu hörmət əlaməti olaraq “İmam Xamneyi” adlandırırlar. Görünən budur ki, onlar Xamneyinin baxışını –“ABŞ-ın hələ də İrana düşmən olmasını” başqa iranlılara və bütün dünyaya yaymaq istəyirlər”.

Golnaz Esfandiari
Golnaz Esfandiari

Xamneyi bildirib ki, nüvə razılaşmasının əldə olunmasına baxmayaraq, İran İslam Respublikasının “heç kəsi bəyənməyən” Birləşmiş Ştatlara qarşı müxalif mövqeyi “dəyişməyəcək”.

“İran ən azı Türkiyə kimi yaşamaq istəyəcək”

Londonda yaşayan azərbaycanlı fəal Məhəmməd Ənsari inanır ki, Ayətullah Əli Xamneyinin qraffiti çəkən tərəfdarlarının İranın dünyaya açılmaması mövqeyi həm də iqtisadi maraqlarla bağlıdır - sanksiyalar bu adamlar üçün yaxşı biznes imkanları yaratmışdı: “İkinci məsələ isə budur ki, Xamneyi anlayır ki, Qərblə açılım yalnız iqtisadi mənada olmayacaq, həm də şüurlarda olacaq-insanlar müasirləşmək, ən azı Türkiyə kimi yaşamaq istəyəcəklər. Bu isə Xamneyinin ideologiyasının nüfuzuna təhlükədir”.

Ənsari inanır ki, Xamneyidən fərqli olaraq İran dövlət aparatının “Amerikaya ölüm” kimi mövqeyi yoxdur.

Təbriz bir az ümid, bir az da ümidsizlik içində

Iran -- İranlı kişi ABŞ, Britaniya və İsrail bayraqlarını yandırır, 2 sentyab 2015
Iran -- İranlı kişi ABŞ, Britaniya və İsrail bayraqlarını yandırır, 2 sentyab 2015

…Təbrizdə isə milli fəallar hesab edirlər ki, “Amerikaya ölüm” ya Xamneyi tərəfdarlarının, ya da solçuların şüarıdır. Azərbaycanlıların yaşadığı bu şəhərdə isə solçu meyllər o qədər də güclü deyil. Milli fəallar özləri ABŞ-a və ya Qərbə qarşı qarşı kinli deyillər: “İranın başqa yerlərində olduğu kimi burda da sadə insanlar əvvəllər hakimiyyətin təbliğatı altında ABŞ-a qarşı müəyyən qədər qəzəbli ola bilərdilər. Amma dövlətlərin anlaşmasından sonra hər kəs iqtisadi vəziyyətin düzələcəyinə ümid edir. Amma içimizdə bir ümidsizlik də var, çünki Qərblə yaxınlaşmalar daha əvvəl də olub, amma sonradan dövlətlər mövqelərini dəyişiblər”, - deyə bir təbrizli fəal bildirir və açılımın Şərqi Azərbaycan vilayətində milli fəalların xeyrinə olacağını, insan haqlarının durumunu düzəldəcəyini ümidli olduğunu deyir.

Məhəmməd Ənsari isə hesab edir ki, Qərb açılımı əksinə, İranda insan haqlarının durumunu pisləşdirəcək, çünki İran Qərblə iqtisadi yaxınlıqdan daha da arxayın düşəcək, repressiyalarını gücləndirəcək.

Vyanada İran ilə altılıq ölkələr arasında aparılan danışıqlarda iyulun 14-də razılıq əldə olunub. Danışıqları İranla Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar aparıb.

Razılaşma əsasən İranın nüvə proqramını məhdudlaşdırmasını və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG