Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

İran və Pakistan uzun illərdən sonra yaraqlılara qarşı hərbi səylərini birləşdirib


Separatçı yaraqlıların Bəlucistan əyalətinin Kolpur şəhərində törətdiyi partlayışdan sonra dağılmış dəmiryol körpüsünün yaxınlığında yanmış avtomobil.
Separatçı yaraqlıların Bəlucistan əyalətinin Kolpur şəhərində törətdiyi partlayışdan sonra dağılmış dəmiryol körpüsünün yaxınlığında yanmış avtomobil.

Qarşılıqlı və qanlı sərhəd toqquşmalarından sonra İranla Pakistan böyük savaşın astanasında idi. Əvvəllər görünməmiş gərginlik iki qonşu ölkənin sərhədində qiyamçı qruplaşmalarla bağlı uzun illər sürən mübahisəni yenidən alovlandırıb. İki ölkə onilliklərdir bir-birini belə silahlı dəstələrdən yarar saxlamaqda ittiham edir.

AzadlıqRadiosunun "Radio Azadi" xidmətinin əməkdaşı Abubakar Siddikin qələmə aldığı məqalədə deyilir ki indi İranla nüvə silahına sahib Pakistan 900 kilometrlik ortaq sərhədləri boyunca fəaliyyət göstərən bəluc bölücülərin və silahlı qruplaşmaların gerçəkləşdirdiyi hücumları əngəlləmək üçün əməkdaşlığı genişləndirir.

İyulda İslamabad ərazisində fəaliyyət göstərdiyi iddia edilən sünni bəluc silahlı qruplaşması "Ceyş əl-Ədl"in üzvü İrana, əvəzində də qarşı tərəf digər bəluc separatçını İslamabada təhvil verib.

Noyabrın əvvəlində "Ceyş əl-Ədl" öz döyüşçülərindən 12-nin İranla Pakistanın birgə əməliyyatı nəticəsində öldürüldüyünü bildirib.

Qeyri-sabitlik qaynağı

İranın cənub-şərqindəki Sistan-Bəlucistan və Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətləri uzun onilliklərdir üsyançı məkanına çevrilib.

Geniş və yoxsul əyalətlər İran və Pakistanda etnik azlıq sayılan bəlucların vətənidir. Hər iki ölkədə bəluc xalqı uzun müddətdir hakimiyyətdən ayrıseçkilik görərək zorakılıqla üzləşir. Bəluclar hər iki hökuməti bölgənin təbii sərvətlərini talamaqda suçlayırlar.

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvettada dəmiryol vağzalında partlayış.
Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvettada dəmiryol vağzalında partlayış.

Pakistanda ən böyük bəluc silahlı qruplaşması olan "Ceyş əl-Ədl" və "Bəlucistan Azadlıq Ordusu" (BLA) son illər daha güclü döyüş qüvvələrinə çevrilib.

Qruplar sıralarını genişləndirərək, kamikadze partlayışları da daxil, daha qanlı üsullara əl atır. Onlar yerli sakinlərin Tehran və İslamabada qarşı artan qəzəbindən də yararlanaraq daha müasir silahlar əldə ediblər.

Noyabrın 9-da BLA Bəlucistanın dəmiryol vağzalında baş vermiş kamikadze partlayışına görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində, azı, 26 nəfər həlak olub.

Daha öncə - oktyabrın 26-da da "Ceyş əl-Ədl" İranın Sistan-Bəlucistan əyalətində polis patruluna hücum edərək 10 əməkdaşı öldürüb.

Pakistanlı müstəqil güvənlik eksperti Əziz Bəluc deyir ki, Tehran və İslamabad ilk dəfədir "güvənlik və sərhədin idarəedilməsi" mövzusunda qarşılıqlı əməkdaşlıq edir.

Bəlucun bilgisinə görə, silahlı qruplar hər iki ölkədə daxili qeyri-sabitliyin əsas mənbəyinə çevriliblər.

Onun fikrincə, "hər iki ölkə anlayıb ki, bu durum əməkdaşlıqla dəyişdirilməsə, itkilər artacaq".

Əfqanıstan və Pakistandakı döyüşçü qruplarını izləyən "Xorasan gündəliyi" internet saytının Bəlucistan üzrə təhlilçisi İmtiaz Bəluc deyir ki, İranla Pakistan arasında əməkdaşlıq üzdə göründüyündən daha dərindir: "İki ölkə arasında əməkdaşlıq dərinləşir və gəlişir".

XS
SM
MD
LG