Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:56

İşə qəbulda yeni üsul


Virtual reallıq
Virtual reallıq

İşə qəbul zamanı namizədlər bacarıqlarını virtual reallıq dünyasında göstərə biləcəklər.

Təcrübə göstərir ki, müsahibədə işəgötürənlər heç də həmişə namizədlərin dürüstlüyünə inanmırlar. Belə hallarda onları əlavə vaxt sərf etmədən sınamaqdan ötrü virtual reallıq texnologiyası köməyə gələ bilər.

Britaniyanın «Llyods Banking Group» maliyyə agentliyi ilk dəfə işə götürmək istədiyi yeni əməkdaşları virtual dünyada sınaqdan keçirəcək.

VİRTUAL MÜHİTDƏ TAPŞIRIQLAR, PROBLEMLƏR...

Agentlik namizədlərdən kompüterdə yaradılmış virtual iş mühitində müxtəlif problem və məsələlərin həllini tələb edəcək. Bu üsulla onların hərəkətləri müşahidə ediləcək.

Namizədlər 360-dərəcəlik virtual mühitdə yerləşəcəklər. Xüsusi sensorlar insanın bütün hərəkətlərini izləyəcək.

Namizədlərə virtual dünyada hərəkət sərbəstliyi veriləcək. Onlar virtual obyektləri də istədikləri kimi hərəkət etdirə biləcəklər. Beləliklə, onların iş mühitində tapşırıqları necə yerinə yetirməsi, problemləri öhdəsindən necə gəlməsi yoxlanılacaq.

Şirkət yeni üsuldan ilk dəfə bu payız «Rəqəmsal və İT layihələr»in təqdimatında yararlanacaq.

XS
SM
MD
LG