Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

İsraildə son durum: ölənlərin sayı artır


7 oktyabr, 2023
7 oktyabr, 2023

“Birləşmiş Ştatlar İsrail dövləti ilə çiyin-çiyinə dayanır."

Prezident Co Bayden şənbə günü Həmasın İsrailə hücumunu qınayaraq buna heç bir əsas olmadığını bildirmiş və Birləşmiş Ştatların İsrailə möhkəm dəstəyini ifadə etmişdir.

“Situasiya inkişaf etdikcə heç kim yanılmasın,” Bayden deyib. Ölkə lideri Birləşmiş Ştatların İsrail dövləti ilə çiyin-çiyinə dayandığını açıqlayıb

Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda danışdığını bildirib. Hücum baş verən vaxt Netanyahu bir çox israillilər və dünya boyu yəhudilər kimi bir həftə sürən Sukkot bayramının yekununu qeyd edirdi.


***

Həmasın qəfil hücumundan sonra davam edən toqquşmalarda ölənlərin sayı getdikçə artır.

İsrail rəsmiləri azı 300 nəfərin öldüyünü, 1800 nəfərin isə yaralandığını bildirir.

Fələstinin səhiyyə rəsmiləri isə Qəzza və digər regionlarda 313 nəfər öldüyünü açıqlayıb.

***

İsrail ordusu çox sayda hərbçi və mülki vətəndaşın Həmas qruplaşması tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Rəsmilər əsir götürülənlərin sayı barədə açıqlama verməyib.

***

Bayden və Netanyahu arasında telefon danışığı

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

İki ölkə lideri İsraildə baş verən son durumu müzakirə ediblər.



***

Ölənlərin sayı 300-ə yaxınlaşır

İsrailin Channel 12 televiziyası Həmas hücumları nəticəsində azı 100 nəfərin öldüyünü bildirir. İsrail mənbələri yaralı sayının 800-ü keçdiyini açıqlayıb.

Qəzza rəsmilərinin Reuters agentliyinə verdiyi açıqlamada İsrail ordusunun hava zərbələri nəticəsində ölü sayının 189 nəfər olduğunu bildirib.


***

XİN İsraildəki azərbaycanlılar barədə açıqlama yayıb

İsraildəki hadisələr zamanı azərbaycanlıların xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb.

Bu barədə Azərbaycan XİN açıqlama yayıb.

Azərbaycanın İsraildəki səfirliyi bu ölkədəki silahlı qarşıdurma ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.


“İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyyə edirik", Azərbaycanın İsraildəki səfirliyinin X hesabındakı paylaşımda qeyd edilir.


***

İsrail rəsmiləri səhər saatlarında başlayan toqquşmalar nəticəsində azı 40 nəfərin öldüyünü təsdiqləyib. Channel 12 televiziyası 740 nəfər xəsarət alan şəxsin olduğunu bildirir.

Reuters agentliyi yerli səhiyyə mənbələrinə istinadən Qəzza bölgəsində də onlarla insanın öldüyünü yazır.



***

İsrail baş naziri Benjamin Netanyahu Həmas "İsrailə qarşı müharibəyə başladığını" açıqlayıb. Baş nazir ölkəsinin müharibə şəraitində olduğunu açıqlayıb.

İsrail ordusunun yaydığı son məlumata görə, Qəzza bölgəsindən çox sayda silahlı yaraqlılar ölkəyə daxil olub. Ölkə rəsmiləri onların sayı barədə dəqiq məlumat açıqlamayıb.

***

Times of İsrael-in xəbərinə görə, raket zərbələri nəticəsində Hüseyfev qəsəbəsində dörd nəfər həlak olub.

İsrail höküməti Qəzzaya yaxın ərazilərdə yaşayan sakinləri evlərini tərk etməməyə çağırıb.


***

The Guardian İsrail mətbuatına istinadən yazır ki, Həmas qruplaşması sərhəd zonasında yerləşən Sderot qəsəbəsindəki polis məntəqəsini ələ keçirərək çox sayda insanı əsir götürüb.
`

Son məlumata görə ölkənin bir çox yerində iki tərəf arasında silahlı atışmalar davam edir.

***

Bugün, oktyabrın 7-də səhər saatlarında Qəzzaya nəzarət edən Həmas qruplaşması İsrailə qəfil hücum başladıb.

Həmas qruplaşmasının komandirlərindən Məhəmməd Deif azı 5000 raket atıldığını bildirərək bütün fələstinliləri döyüşməyə çağırıb.

7 oktyabr, İsrail-Qəzza sərhədi REUTERS/Yasser Qudih
7 oktyabr, İsrail-Qəzza sərhədi REUTERS/Yasser Qudih
7 oktyabr, Aşkelon şəhəri REUTERS/Amir Cohen
7 oktyabr, Aşkelon şəhəri REUTERS/Amir Cohen


Reuters agentliyi yazır ki, Fələstinin İslami Cihad qruplaşması da İsrailə qarşı döyüşlərə qoşulduğunu açıqlayıb.

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Ölkənin baş naziri Benjamin Netanyahu təhlükəsizlik qurumlarının rəhbərliyi fövqəladə toplantı keçirir.

İsrail Müdafiə Nazirliyi ölkələrini qoruyacaqlarını bildiriblər. İsrail ordusunun Twitter səhifəsində bu barədə açıqlama yayılıb.

XS
SM
MD
LG