Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Xaricdə rüşvətxorluqla mübarizə ən aşağı həddədir


İllüstrativ foto
İllüstrativ foto

Qlobal ixracın 2 faizini əhatələyən Rusiya xarici rüşvətxorluqla bağlı bircə təhqiqat başladıb

Dünyanın 47 aparıcı ixrac ölkəsindən cəmi ikisi sərhədlərarası rüşvətxorluğa qarşı tədbirləri qətiyyətlə həyata keçirir ki, bu da 2009-cu ildən bəri ən aşağı səviyyədir. Bunu Transparency International (TI) təşkilatı bildirir.

2009-dan bəri...

“Korrupsiyanın ixracı” adlı hesabatda qurum OECD-nin Rüşvətxorluğa qarşı Konvensiyasına imza atmış 44 ölkədən 43-nün, eləcə də Çin və Hindistan kimi böyük ixracatçıların bu yöndə səylərini dəyərləndirib. Söhbət 2018-2021-ci illərdə xarici ölkələrdə məmurlara rüşvət vermiş şirkətlərin araşdırılması, təqib olunması və cəzalandırılmasından gedir.

Nəzərdən keçirilən ölkə və ərazilər dünyada ixracın 85 faizə yaxınını əhatələyir, oktyabrın 11-də yayılmış hesabatda belə deyilir.

TI aşkarlayıb ki, xaricdə rüşvətxorluqla mübarizə cəhdləri qurumun bu dəyərləndirməni başladığı 2009-cu ildən bəri ən aşağı həddə düşüb.

Rusiya Ukraynanın paytaxtı Kiyev, Lvov, Ternopol və Dnepr şəhərlərini raketlərlə vurur
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

“Narahatedici” geriləmə

Xaricdə rüşvətxorluq böyük dağıdıcı rol oynayır, büdcə pulu şəxsi ciblərə axır, böyük transmilli şirkətlər hədsiz nüfuz əldə edir. Hesabatda qeyd olunur ki, rüşvətxorluq inkişaf etməkdə olan ölkələrdə zəif dövlət qurumlarına və iqtisadiyyatlara böyük zərbə vurur.

TI-nin araşdırması rüşvətxorluğa qarşı tədbirlərdə son illər “narahatedici” geriləmə aşkarlayıb. Qlobal ixracın yalnız 11.8 faizini təşkil edən İsveçrə və ABŞ-ın bu yöndə fəal işlədiyi, ixracda paylarına uyğun araşdırma apardıqları, sanksiyalar qoyduğu vurğulanır.

Hesabatın əhatələdiyi ölkələrin çoxu – 38-i, o cümlədən dünyanın ən böyük ixracatçısı olan Çin qlobal ixracda 55 faizədək payına baxmayaraq, rüşvətxorluğa qarşı məhdud, yaxud heç mübarizə aparmır.

Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Rusiya

“Bu gün hökumətlər çoxsaylı problemlərlə üzləşiblər – artan kleptokratiyadan tutmuş, iqlim fəlakəti, iqtisadi çətinliklərə qədər. Ancaq liderlər bu təhdidləri şişirdən və həll yollarının qarşısını alan sərhədlərarası korrupsiyanı da gözardı etməməlidirlər”, – Transparency International-ın başçısı Delia Ferreira Rubio deyib.

Hesabatda qeyd olunur ki, qlobal ixracın 2 faizini əhatələyən Rusiya xaricdə rüşvətxorluqla bağlı bircə təhqiqat başladıb, heç bir cinayət işi başladıb, tamamlamayıb. Dünya ixracının 1.9 faizini tutan Bolqarıstan və 0.5 faizini əhatələyən Macarıstan da bu kateqoriyaya daxildir.

Ancaq qurum nikbinliyə əsas olduğunu da bildirir, araşdırmaçı jurnalistlərin, xəbər ötürənlərin, QHT-lərin bəzi halları üzə çıxardığını qeyd edir.

XS
SM
MD
LG