Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:05

Qərb Belarus müxalifətçilərinin məhkum olunmasını pisləyir


Kalesnikava məhkəmədə, 6 sentyabr, 2021-ci il
Kalesnikava məhkəmədə, 6 sentyabr, 2021-ci il

Onlar hakimiyyəti ələ keçirmək üçün əlbirlikdə, dövlət təhlükəsizliyinə zərbə vurmağı hədəfləyən çağırışlarda, bu məqsədlə ekstremist qrup yaratmaqda təqsirli biliniblər

Qərb Belarus müxalifətçilərinin ağır cəza kəsilməsini dərhal pisləyib.

“Avropa Birliyi Minsk rejiminin Belarus xalqının insan haqları və fundamental azadlıqlarına kobud sayqısızılığını davam etdirməsini pisləyir”, – AB-nin xarici siyasət üzrə sözçüsü bəyanatında deyib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse deyib ki, hökmlər “Belarus rejiminin müxalif siyasətçilər və vətəndaş cəmiyyətinə qarşı zülm və qorxutmanı amansızcasına davam etdirdiyini” göstərir.

Britaniyanın Xarici işlər naziri Dominik Raab deyib ki, Lukaşenka rejimi “repressiyaya son qoymalı, siyasi məhbusların hamısını buraxmalıdır”.

***

Belarusun iki aparıcı müxalifətçisi – Mariya KalesnkavaMaksim Znaka əlbirlik ittihamları üzrə uzunmüddətli həbs cəzaları kəsilib. Birləşmiş Ştatları ittihamları “quraşdırılmış” sayır.

Ölkənin avtoritar lideri Alyaksandr Lukaşenka isə demokratiya tələb edən fəallara və qruplara təzyiqləri davam etdirir.

Belarusla Litva arasında qalmış qaçqınlar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Sentyabrın 6-da Kalesnikava 11 il, Znak isə 10 il həbsə məhkum ediliblər. Onlar hakimiyyəti ələ keçirmək üçün əlbirlikdə, dövlət təhlükəsizliyinə zərbə vurmağı hədəfləyən çağırışlarda, bu məqsədlə ekstremist qrup yaratmaqda təqsirli biliniblər.

Müxalifətin Koordinasiya Şurasının üzvləri olan təqsirləndirilənlər ittihamları rədd edib, siyasi motivli adlandırıblr. İttihamlar onların ötən ilin avqustunda Lukaşenkanın qalib elan olunduğu prezident seçkisinin nəticələrinə etirazlara çağırışlarından qaynaqlanır.

Müxalifətçilərə azadlıq tələb olunur

“Heç nədə təqsirli olmayan Mariya və Maksimin dərhal buraxılmasını tələb edirik. Bu, rejimə qarşı dayanmağa cəsarəti çatan belaruslulara terrordur”, – müxalifət lideri Svetlana Tixanovskaya hökmdən dərhal sonra tvitində yazıb. O, seçkidən dərhal sonra təhlükəsizlik səbəblərindən ölkədən getməli olub.

2020-ci ilin avqustun seçkisindən sonra ölkəni görünməmiş etiraz dalğası bürüyüb. Lukaşenka onları zorakılıqla yatırdıb, onminlərlə insan saxlanıb. Müxalifət liderlərindən çoxu ya həbs olunub, ya mühacirətə getməli olublar.

Nümayişlər zamanı öldürülənlər olub. İnsan haqları qrupları saxlananlara işgəncə verilməsinə dair mötəbər məlumatlar olduğunu deyirlər.

Kalesnikava Vaslav Havel İnsan Haqları Mükafatına nominantların qısa siyahısına salınıb. Avropa Şurasının Parlament Assambleyası bu mükafatı hər il insan haqlarının müdafiəsi üçün vətəndaş cəmiyyəti tərəfindən “əhəmiyyətli” işə görə təqdim edir.

XS
SM
MD
LG