Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:11

Kərə yağını neçə şirkət gətirir?


Yağ
Yağ

Dövlət Gömrük Komitəsi Azərbaycanda satılan kərə yağının pərakəndə satış qiymətinin idxalda inhisarçılıqla bağlı olmasına dair məlumatları təkzib edib. Qurum bildirir ki, bu çeşid malların 16 ölkədən idxalı ilə 44 şirkət məşğul olur.

Kərə yağı qida məhsulu olduğundan, onun məcburi sertifikatlaşdırılması tələb edilir. Sertifikatı olan idxalçı şirkətlərin, eləcə də yerli istehsalçıların siyahısını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) təqdim edir. Həmin siyahıda isə cəmi 5 şirkətin adı var.

Komitənin daim yenilənən standartlara uyğunluq reyestrində «Aqro Vest DC» MMC, «Danone» MMC, «Aznur» MMC, «Delta Group Co» MMC və «Lactalis Caspi» MMC-nin adları var. Onlardan bəzisi kərə yağını bir neçə ölkədən gətirir.

İstehsalçılara gəlincə, onların sayı daha çoxdur. SMPDK-nın məlumatına görə, kərə yağı istehsalı ilə 14 şirkət («Biləsuvar Aqro» MMC, «Kürdəmir Süd Emalı Zavodu» MMC, N.Nikitin adına kolxoz, «Fermer Yağ İstehsalı Birliyi» MMC, «Uzun Ömür Süd Məhsulları» MMC, «Milk Pro» MMC, «Az FP Co Ltd.» MMC, «Şəki Aqro İndastris» MMC, «AER Company Group», «Səhliyalı» müəssisəsi, «Pal Food» MMC, «Bərdə Yağ-Pendir Azqida» MMC, «Vest Milk» MMC, «Xırman» firması) və 6 fiziki şəxs məşğuldur.

Xatırladaq ki, oktyabrın 4-də DGK bildirmişdi ki, 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət Azərbaycana yağ idxalını gerçəkləşdirib.

XS
SM
MD
LG