Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Görüş bitdi: Atəşkəs razılaşması əldə olunmadı


Lavrovla Kulebanın görüşü
Lavrovla Kulebanın görüşü

Kuleba danışıqlardan öncə Lavrovu görüşə “təbliğat nöqteyi nəzərindən deyil, yaxşı inamla yaxınlaşmağa” çağırıb

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov görüşdən sonra jurnalistlərə deyib ki, Rusiyanın Ukraynanın silahlardan imtina edərək neytral status qəbul etməsilə bağlı tələblərini irəli sürüb.

“Təkrar etmək istəyirəm – Ukrayna təslim olmayıb. Olmur və olmayacaq”, – bunu isə görüşdən sonra Kuleba deyib.

“Biz diplomatiyaya hazırıq, diplomatik həll yolları axtarırıq, amma onlar olmadığından fədakarlıqla torpağımızı, xalqımızı Rusiya təcavüzündən xilas edəcəyik”, – o, sözlərinə əlavə edib.

Kulebanın “humanitar dəhliz”lə bağlı çağırışına baxmayaraq, Mariupol şəhər şurası Rusiyanın martın 10-da atışmanı davam etdiyini bildirib. “Evlərə bomba yağdırırıq”, – şura onlayn postunda yazır.

Kreml Mariupol xəstəxanasına hücumun araşdırılacağını bildirib. Lavrov isə xəstəxanada millətçilərin hərbi bazasının yerləşdiyini iddia edib, baxmayaraq ki, Kremlin sözçüsü Dmitri Peskov daha öncə “orada nə baş verdiyi haqda aydın informasiyamız yoxdur” demişdi.

***

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdə atəşkəslə bağlı razılaşma əldə olunmadığını deyir.

Kulebanın sözlərinə görə, Lavrov mühasirədə olan Mariupoldan humanitar dəhliz açılacağı ilə bağlı öhdəlik götürməyib. Kuleba Ukraynanın müharibəni bitirəcək yol tapmaq üçün Rusiya ilə işi davam etdirməyə hazır olduğunu vurğulayıb.

***

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşü başlanıb. Görüş Antalyada, Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlunun vasitəçiliyi ilə baş tutub.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistlərə görüşün başlandığını bildirib.

Gözləntilər yüksək deyil

Kuleba görüşdən atəşkəs razılaşması ilə bağlı gözləntiləri azaldıb. O, danışıqlardan öncə Lavrovu görüşə “təbliğat nöqteyi nəzərindən deyil, yaxşı inamla yaxınlaşmağa” çağırıb.

“Düzünü desəm, mənim danışıqlarımdan gözləntilərim aşağıdır. Biz atəşkəsdə, torpaqlarımızın azad edilməsində maraqlıyıq, üçüncü məqam bütün humanitar məsələlərin həllidir”, – Kuleba martın 9-da videomüraciətində deyib.

Moskva isə Kiyevdən neytral mövqe tutmağa, NATO-ya üzv olmaq niyyətindən əl çəkməyi tələb edir, hücumun başa çatmasından ötrü bu şərtləri irəli sürür.

İndiyədək iki ölkənin nümayəndə heyətləri üç dəfə görüşüblər, amma əhəmiyyətli nəticə əldə olunmayıb.

Hər iki ölkəylə yaxşı münasibətləri olan Türkiyə Rusiyanın işğalını qəbuledilməz adlandırıb, təcili atəşkəsə çağırıb, amma Qərbin Moskvaya sanksiyalarına qarşı çıxır.

Türkiyənin Ukraynaya dron satması Moskvanı qəzəbləndirib.

XS
SM
MD
LG