Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:22

Lavrovla yemədilər, şəkil çəkdirmədilər, o da çıxıb getdi


İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi və Sergey Lavrov
İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi və Sergey Lavrov

Qərb xarici işlər nazirləri Lavrovun iştirakına görə tədbirdə təşkil olunmuş böyük şam yeməyində iştirakdan imtina ediblər

Böyük iyirmilərin İndoneziyanın Bali şəhərində keçirilən G20 sammitində xarici işlər nazirləri ənənəvi qrup fotosu çəkdirməməyi qərara alıblar.

Bu barədə məlumatı Yaponiyanın Kiodo Tsusin agentliyi verib.

Agentliyin məlumatına görə ABŞ dövlət katibi Entoni Blinken və bir sıra Qərb ölkələrinin xarici işlər nazirləri Rusiya xarici işlər naziri Sergey Lavrovla bir fotoda görünmək istəməyiblər.

Dövlət deparatmaneti bundan əvvəl bildirmişdi ki, Blinken Balidə Lavrovla görüşməyəcək, çünki bu tədbir danışıqlar üçün “münasib yer deyil”.

Sammitə ev sahibliyi edən İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi iyulun 7-də demişdi ki, G7 qrupunun üzvləri – ABŞ, Britaniya, Almaniya, İtaliya, Fransa, Kanada və Yaponiyanın, habelə Avropa İttifaqının xarici işlər nazirləri Lavrovun iştirakına görə tədbirdə təşkil olunmuş böyük şam yeməyində iştirakdan imtina ediblər.

Lavrov boykotu hiss etməyib?

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Lavrov “boykot edənlərin məclisdə olmamasını hiss etməyib”.

Almaniyanın dpa agentliyinin məlumatına görə Sergey Lavrov öz çıxışından sonra G20 sammitini dərhal tərk edib.

Zaxarovanın sözlərinə görə Lavrov “ikitərəfli görüşlər keçirir, daha sonra çıxış edəcək və çıxıb gedəcək”.

O deyib ki, Rusiya XİN-in başçısı rəsmi naharda və günün ikinci yarısında keçirilən iclaslarda iştirak etməyəcək.

Lavrov Balidə etdiyi çıxışda deyib ki, əgər Qərb ölkələri döyüş meydanında Ukraynanın Rusiya üzərində qələbəsini arzu edirlərsə, onlarla dialoqun heç bir mənası yoxdur.

O əlavə edib ki, onlar bu hərəkətləri ilə Ukraynanın danışıqlar prosesinə keçməsinə imkan vermirlər.

Lavrov Qərb nazirlərinin Balidəki açılış şam yeməyində iştirakdan imtina etməsini onların “nəzakət və etiket qaydalarını” bilməməsi ilə izah edib.

Nümayəndələrin kollektiv foto çəkdirməkdən imtina etməsinə gəlincə isə Lavrov deyib ki, heç kimi özü ilə şəkil çəkdirməyə dəbət etməyib və “Rusiyanın heç kimin dalınca qaçmaq niyyəti yoxdur”.

Lavrov çıxıb gedib...

İyulun 7-də Balidə G20 qrupu nazirlərinin sammiti açılıb, əsas müzakirələr iyulun 8-də keçirilir.

Bu da xəbər verilir ki, G20 qrupu liderlərinin noyabrın 15-16-da elə Balidə keçiriləcək sammitinə Rusiya və Ukrayna prezidentləri də dəvət olunublar.

İyunun 29-da İtaliyanın baş naziri Mario Dragi demişdi ki, İndoneziya hökuməti Vladimir Putinin bu sammitdə şəxsi iştirakını istisna edir.

O demişdi ki, Putin bu sammitə bəlkə də videobağlantı ilə qatıla bilər.

Bundan sonra Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya prezidenti dəvəti qəbul edib, amma G20 sammitində onun iştirakının formatı hələ müəyyənləşdirilməyib.

Reuters agentliyi yazır ki, hələ sammitdən əvvəl Entoni Blinken G20 üzrə həmkarlarını Rusiyanın Ukraynadakı hərəkətlərini pisləməyə, Moskvanı buna görə məsuliyyətə dəvət etməyə çağırmışdı.

Bəzi xəbərlərə görə Lavrov sammiti Qərb nazirləri Moskvanı Ukrayna müharibəsinə görə ittiham edəndən və İndoneziya nümayəndəsi onu müharibəni dayandırmağa çağırandan dərhal sonra tərk edib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib:

“Mən burda avropalı həmkarlarımla birlikdə Almaniya xarici işlər naziri kimi iştirak edirəm ki, Rusiya beynəlxalq səhnəni onun öhdəsinə buraxmaq fikrində olmadığımızı anlasın”.

XS
SM
MD
LG