Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"


Serbia -- Russian Foreign Minister Sergey Lavrov addresses a press conference after the BSEC session in Belgrade, December 13, 2016
Serbia -- Russian Foreign Minister Sergey Lavrov addresses a press conference after the BSEC session in Belgrade, December 13, 2016

" Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır".

TASS-ın məlumatına görə nazir bunu 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“ 2016-cı il aprel döyüşlərindən sonra, insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılıq əldə olunub, amma təəssüf ki, hətta belə bir elementar şey reallaşa bilmir, çünki ki, bununla bağlı ATƏT-də konsensus yoxdur”, deyə Lavrov bildirib.

Lavrov q eyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı həll paketi mövcuddur, işğal edilmiş ərazilərin boşaldılması bə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi tələbi hələ də qüvvədədir.

Nazir bir daha ötən ilin aprelində regionda baş verən silahlı toqquşmaların ciddi narahatlıq doğurduğunu və Rusiyanın həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynadığını bildirib.

XS
SM
MD
LG