Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:58

Lukaşenka: ‘Priqojin Belarus ərazisində yoxdur’


Kollaj: Yevgeni Priqojin və Alyaksandr Lukaşenka
Kollaj: Yevgeni Priqojin və Alyaksandr Lukaşenka

Rusiyanın Vaqner özəl hərbi şirkətinin Belarusa köçürülməsi və burada yerləşdirilməsi məsələsi hazırda həll olunmayıb.

Bu barədə məlumatı Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka xarici və yerli jurnalistlərlə keçirdiyi görüş zamanı verib:

"Biz düşərgələr salmırıq, biz onlara bir neçə keçmiş hərbi şəhərcik təklif etmişik. Bu hərbi hissələrdən hələ sovet vaxtlarında istifadə olunurdu. Amma Vaqner özəl şirkətinin yerləşdirilməyə başqa baxışı var. Təbiidir ki, mən bu baxış haqqında sizə heç nə deməyəcəyəm”.

Lukaşenka bildirib ki, Vaqnerin harada yerləşdiriləcəyi və nə işlə məşğul olacağı ondan yox, Rusiya rəhbərliyindən asılıdır.

Lukaşenkanın sözlərinə görə Vaqner döyüşçüləri hazırda özlərinin daimi düşərgələrindədir və onlar cəbhə xəttindən çıxarıldıqdan sonra burada müalicə və bərpa olunurlar.

“Piterdədir...Bəlkə Moskvaya gedib?...”

Belarus lideri bunu da deyib ki, Vaqner özəl şirkətinin təsisçisi Yevgeni Priqojin Belarusda yoxdur:

"Yevgeni Priqojinə gəlincə o, Piterdədir. Bu səhər harda olub? Bəlkə Moskvaya gedib, bəlkə başqa yerə...amma o Belarus ərazisində yoxdur”.

Lukaşenka deyib ki, o Priqojinin “məhv edilməyəcəyindən” əmindir. Onun sözlərinə görə o yaxın vaxtda Rusiya prezidenti Vladimir Putinlə görüşüb Vaqner və onun bundan sonrakı fəaliyyətini müzakirə edəcək.

Belaruski Qayun monitorinq layihəsinin başçısı Anton Motolko bundan əvvəl vaqnerçilərin düşərgələri və onların Belarusda olmaları barədə blogerlərin yaydıqları məlumatlara inanmamağa çağırmışdı.

O CurrentTime kanalının efirində demişdi ki, “düşərgə tikintiləri barədə bütün bu əhvalat çoxqatlı və bahalı dezinformasiya kampaniyasının bir hissəsdir”.

O əlavə etmişdi ki, sözü gedən düşərgələrə vaqnerçilər yox, nizami Rusiya ordusunun birləşmələri gətirilə bilər.

Bənzər çadırlar

İyunun 27-də güc nazirlikləri ilə keçirdiyi görüşdə Lukaşenka Yevgeni Priqojinin Belarusda olduğunu demişdi.

O bura iyunun 23-də başlatdığı qısamüddətli qiyamdan sonra gəlmişdi.

CurrentTime o vaxt baş verənlər barədə detallı məlumat vermişdi.

İyunun 24-də gecəyarısına az qalmış Vaqnerin yürüşü Lukaşenkanın vasitəçiliyi ilə dayandırılmışdı.

O vaxt Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Priqojin Belarusa gedəcək.

Lukaşenka isə demişdi ki, Belarusda Vaqner döyüşçüləri üçün heç bir düşərgələr tikilmir və onlara artıq istifadə olunmayan keçmiş hərbi hissələrdən birində yerləşmək təklif olunub.

İyunun sonlarında AzadlıqRadiosunun Belarus xidməti peyk fotoları əldə etmişdi. Bu fotolarda Mogilyov vilayətinin Osipoviç rayonundakı Tsel kəndinin yaxınlığında, köhnə hərbi hissənin ərazisində böyük səhra düşərgəsinin salındığı görünürdü.

Jurnalistlər bu düşərgədə 303 çadır saymışdlar. Xəbər verilirdi ki, bu çardırlar Ukraynaya göndəriləcək Rusiya hərbçilərinin hərbi poliqonlarda qurulmuş çadırlarına bənzəyir.

XS
SM
MD
LG