Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:48

Azərbaycanda kişilər qadınlardan 300 manat çox maaş alır


'Ən aşağı maaş 700-800 manat olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

'Ən aşağı maaş 700-800 manat olmalıdır'

Gəlirlər arasındakı fərq nisbətən azalsa da...

Dövlət Statistika Komitəsi ötən il üzrə ölkədə əmək bazarına dair göstəriciləri açıqlayıb. Rəqəmlərdən aydın olur ki, pandemiya şəraitində keçən 2020-ci ildə Azərbaycanda qadın və kişilərin əməkhaqqı gəlirləri arasındakı fərq nisbətən azalıb. Ötən ilin sonuna olan göstəricilərə görə, Azərbaycanda muzdla işləyən kişilərin orta aylıq əməkhaqqı 830 manat, qadınların orta aylıq əməkhaqqı isə 526 manat olub. Bu o deməkdir ki, Azərbaycanda kişilərin orta aylıq əməkhaqqı gəlirləri qadınlarınkına nisbətən 58 faiz və ya 304 manat daha yüksək olub. 2019-cu ildə qadınların orta aylıq əməkhaqqı 443 manat, kişilərin orta aylıq əməkhaqqı isə 765 manat idi. Yəni, həmin vaxt Azərbaycanda kişilərin orta aylıq əməkhaqqı miqdarı qadınlarla müqayisədə 73 faizə yaxın (322 manat) daha çox idi.

Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə kişi və qadınların əməkhaqqı gəlirləri arasındakı fərq aşağıdakı kimidir:

İqtisadi fəaliyyət növləri

Orta aylıq əməkhaqqı, manat

Qadınların orta aylıq maaşı kişilərin orta aylıq maaşına nisbətlə, faizlə

qadınlar

kişilər

Cəmi

526

830

63%

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

380

450

84%

Mədənçıxarma sənayesi

2081

3455

60%

Emal sənayesi

453

710

64%

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

585

713

82%

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

440

624

71%

Tikinti

667

800

83%

Ticarət; nəqliyyat vasitələrinin təmiri

459

541

85%

Nəqliyyat və anbar təsərrüfatı

617

938

66%

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

489

557

88%

İnformasiya və rabitə

877

1168

75%

Maliyyə və sığorta fəaliyyəti

1197

2022

59%

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

458

683

67%

Peşə, elmi və texniki fəaliyyət

736

1547

48%

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

326

484

67%

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

822

1006

82%

Təhsil

483

612

79%

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

480

692

69%

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

455

657

69%

Cədvəldən göründüyü kimi, bütün fəaliyyət istiqamətləri üzrə qadınların orta aylıq maaşı kişilərin orta aylıq əməkhaqqından daha aşağıdır. Bu fərq ən çox elmi-texniki fəaliyyətlərdə üzə çıxır. Həmin sahələrdə çalışan qadınların orta aylıq maaşı kişilərin orta aylıq maaşının cəmi 48 faizinə bərabərdir, başqa sözlə, yarısından da aşağıdır. Qadın və kişilərin orta aylıq maaşları arasında ən az fərqin olduğu fəaliyyət istiqaməti isə turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə bağlı peşələrdir. Həmin işlərdə çalışan qadınların əmək haqları kişilərin əmək haqlarının 88 faizi qədərdir.

Qadınlar niyə daha az maaş alırlar

Azərbaycanda qadın və kişilər arasında əmək haqları arasında fərqin çox olmasının səbəblərindən biri kişilər arasında ali təhsilli payının daha yüksək olması və dolayısıyla daha ixtisaslı və yüksək gəlirli işlərdə işləmək şansının daha çox olmasıdır. Sonuncu rəsmi rəqəmlərə görə, Azərbaycanda məşğul qadınların 14.1 faizi ali təhsilli olduğu halda, kişilər üçün bu göstərici 19.3 faizə bərabərdir. Peşə təhsilli kişilərin də sayı (7.6 faiz) qadınlara nisbətən daha yüksəkdir. (3.4 faiz)

Bu baxımdan Azərbaycanda kişi və qadınlar arasında iqtisadi bərabərsizliyin aradan qaldırılması üçün ölkədə qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi müsbət təsir yarada bilər. Digər bir məqam isə hətta ali təhsil almaq imkanı olan qadınların da bəlli peşələrdən kənara az çıxması ilə bağlıdır. Belə ki, hazırda muzdla çalışan 670 min 500 qadının 353 min nəfəri, yəni 52 faizi təhsil və səhiyyə sektorlarında işləyir. Bu fəaliyyət istiqamətlərində isə orta aylıq maaş ölkə üzrə orta aylıq maaşdan daha aşağıdır. Hətta maraqlıdır ki, təhsil sektorunda çalışanların 73 faizi qadınlar olsa da, burada da kişilərin maaşı qadınlarla müqayisədə 30 faiz daha yüksəkdir.

Azərbaycan MDB məkanında sonuncu yerdədir

Bu daha bir problemi - qadınların yüksək vəzifələrdə təmsilçiliyinin aşağı olması problemini gündəmə gətirir. Dünya Bankının 2019-cu ildə açıqladığı göstəricilərdən də aydın olmuşdu ki, qadınların menecer vəzifəsini tutması baxımından Azərbaycan MDB məkanında sonuncu yerdədir. Nəticələrə görə, Gürcüstandakı orta ölçülü şirkətlərin 36 faizində, Ermənistanda isə 20 faizində qadın top menecerlər fəaliyyət göstərirsə, Azərbaycanda bu göstərici cəmi 4 faizdir.

XS
SM
MD
LG