Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:42

Makron Rusiyanı Azərbaycana tərəfkeşlikdə ittiham etdi, Putin cavab verdi


Emmanuel Makron
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron oktyabrın 12-də Rusiyanı Ermənistan və Azərbaycan arasında bu yaxınlarda baş vermiş sərhəd toqquşmalarını məqsədli şəkildə qızışdırmaqda ittiham edib.

Reuters agentliyi yazır ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra ən qanlı sərhəd toqquşması sentyabrın ortlarında baş verib.

Moskvanın Yerevanla müdafiə paktı var və Rusiya Ermənistan ərazisində hərbi bazaya malikdir.

Bundan başqa Rusiya 2020-ci il müharibəsinin ardınca Azərbaycanın Qarabağ bölgəsinə minlərlə sülhməramlı yeridib.

Reuters yazır ki, beləliklə, Rusiya Türkiyənin də təsirinin artdığı bu regionda həm polis, həm də vasitəçi funksiyalarını öz üzərinə götürüb.

Oktyabrın 12-də "France 2" televiziyasına müsahibəsində Makron Moskvanı Bakı və Yerevan arasında gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqda ittiham edib:

“Son iki ildə sərhəddə nə baş verir? Xəbərlərdən məlum olur ki, 5 min Rusiya hərbçisi orada sərhədin təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib. Amma ruslar çoxəsrlik münaqişədən Türkiyənin iştirakı ilə Azərbaycanın xeyrinə oynamaqla sıx əlaqələri olan Ermənistanı zəiflətməyə çalışır. Görürsünüz də nələr baş verir? Rusiya vəziyyətin sabitliyini pozmağa çalışır. O Qafqazda xaos yaratmağa çalışır ki, hamımızın sabitliyini pozsun”.

Putin Makronun Azərbaycan-Ermənistan münaqişəsi barədə bəyanatını rədd edib

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun Moskvanın Ermənistan və Azərbaycan arasındakı gərginliyi artırmasına dair bəyantını rədd edib.

Putin oktyabrın 14-də MDB liderlərinin Qazaxıstan paytaxtı Astanada keçirilən sammitində deyib:

"İnanıram ki, bu bəyanatlar münaqişənin mahiyyətinin başa düşülməməsindən irəli gəlir”.

Putin bildirib ki, Makronun iddiaları “düzgün deyil və hətta yanlışdır və buna görə də qəbuledilməzdir”.

Moskva Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh prosesini əngəlləməsinə dair bəyanatını “qeyri-məqbul” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 13-də bildirib ki, Fransa prezidentinin bəyanatı “hiddət doğurandır və tamamilə qəbuledilməzdir”.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Zaxarovanın bəyanatında deyilir:

“Fransa prezidentinin absurd fikirləri Parisin regionda möhkəm sülhün bərqərar edilməsində maraqlı olmadığını göstərir və onun ölkəsinin burada konstruktiv rol oynamaq iqtidarında olduğunu şübhə altına alır. Hətta Bakı və Yerevan arasında münasibətlərin kəskinləşməsi dövrlərində də sülhə standart çağırışlarla kifayətlənən Fransadan fərqli olaraq Rusiya münaqişənin tənzimlənməsinə praktik planda kömək edib”.

Zaxarova deyib ki, “Parisin Rusiya və onunla çoxillik və çoxtərəfli bağları olan Azərbaycan və Ermənistan arasına ixtilaf salmaq cəhdləri iflasa məhkumdur və Fransanın regiondakı nüfuzunu bundan sonra da dəyərdən salacaqdır”.

Makron ötən həftə Praqada Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri ilə dördtərəfli danışıqlarda iştirak etmişdi.

Bu danışıqların nəticəsi olaraq Avropa İttifaqının Ermənistana müşahidə missisyası gəndərilməsinə dair qərar qəbul olunub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Erməni hərbçi Azərbaycanın nəzarətindəki meşədə gizlənir: 'Məni xilas edin!'
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

XS
SM
MD
LG