Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:03

Azovstalda vəziyyətin son dərəcə ağır olduğu deyilir


Mariupoldakı Azovstal zavodu mayın 2-də
Mariupoldakı Azovstal zavodu mayın 2-də

Mariupoldakı Ukrayna döyüşçüləri mayın 4-də rabitəyə çıxa biliblər və Rusiya qoşunlarının zavodun ərazisinə daxil olduqlarını təsdiq ediblər

Ukraynanın Rusiya qoşunlarının mühasirəsində olan Mariupol şəhərindəki Azovstal zavodundan dinc sakinlər üçün üç gün ərzində təhlükəsiz dəhliz veriləcəyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə dəhliz mayın 5-də, 6-da və 7-də saat 08:00-dan 18:00-dək veriləcək.

Məlumatda deyilir ki, göstərilən saatlarda birtərəfli qaydada bütün hərbi əməliyyatlar dayandırılacaq.

Hərbi birləşmələr təhlükəsiz məsafəyə çəkiləcək və dinc vətəndaşların istədikləri istiqamətdə çıxışına imkan veriləcək.

Bu məlumata Ukrayna tərəfinin reaksiyası hələki bilinmir.

Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək Azovstal zavodundakı insanların oradan çıxarılmasında kömək istəmişdi:

"Orda olan insanların həyatı təhlükədə olmaqda davam edir. Bizim üçün hər bir insan qiymətlidir. Biz onların xilası üçün sizdən kömək istəyirik”.

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Ukrayna Mariupolin dinc sakinlərini oradan mayın 4-də çıxarmağa ümid edirdi, lakin belə görünür, Rusiya ordusunun atəşi buna imkan verməyib.

Mariupolun son müdafiəçiləri

Ukrayna mediası xəbər verir ki, zavoda nəzarət uğrunda şiddətli döyüşlər davam edir.

Mayın 3-də zavodun ərazisində böyük yanğın baş vermişdi.

Azovstal zavodunda Ukrayna qüvvələri – “Azov” batalyonunun döyüşçüləri və dəniz piyadaları qalır.

Mariupoldakı Ukrayna döyüşçüləri mayın 4-də rabitəyə çıxa biliblər və Rusiya qoşunlarının zavodun ərazisinə daxil olduqlarını təsdiq ediblər.

Mayın 4-də səhər Mariupolun müdafiəsində qalan əsgərlərin valideynləri Kiyevdə mitinq keçiriblər.

Onlar övladlarının Azovstaldan çıxarılmasında kömək üçün dünya liderlərinə və beynəlxalq birliyə müraciət ediblər.

Rusiya qərbin Ukraynaya göndərdiyi silahları yolda vurmaqla hədələyir
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Putinin icrasız əmri

Rusiya ordusu, habelə qondarma DXR və LXR separatçılarının qüvvələri Mariupolu iki aya yaxındır ki, mühasirədə saxlayırlar.

Aprelin 21-də Rusiya prezidenti Vladimir Putin guya Azovstala hücumu dayandırmaq və zavodu yalnız blokada etmək əmri vermişdi.

Buna baxmayaraq Azovstala hücum və raket zərbələri o vaxtdan bir gün də dayanmayıb.

Azovstal zavodu Mariupolda Ukrayna silahlı qüvvələrinin nəzarətində olan yeganə və sonuncu istehkamdır.

Rusiya hakimiyyəti oradakı Ukrayna əsgərlərinə təslim olmağı təklif edib və sağ qalacaqlarını vəd edib.

Ukrayna əsgərləri bu təklifi rədd ediblər.

XS
SM
MD
LG