Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Rəsmi Tehran Məhsa Əmininin xəstəlikdən öldüyünü bildirib


Məhsa Əmini xəstəxanada
Məhsa Əmini xəstəxanada

Hesabatda qadının polis məntəqəsində hər hansı bədən xəsarətləri aldığı bildirilmir

İranın rəsmi tibb ekspertizasının hesabatında deyilir ki, 22 yaşlı Məhsa Əmini başına və ya ətraflarına vurulan zərbələrdən yox, əvvəldən onda olan xəstəlikdən vəfat edib.

Əmini ailəsi isə israr edir ki, gənc qadının polisə aparılanadək heç bir xəstəliyi olmayıb.

Məhsa Əmini deyilənə görə hicab qaydasını pozduğuna görə polis məntəqəsinə aparılıb və orada vəfat edib.

Onun ölümünə etiraz aksiyaları artıq iki həftədir ki, bütün İranı bürüyüb.

İranın dövlət nəzarətində olan ISNA xəbər agentliyinin oktyabrın 7-də yayılmış məlumatına görə İran Tibb Ekspertizası Təşkilatı Əmininin xəstəliklərdən öldüyü barədə hesabat verib.

Hesabatda qadının polis məntəqəsində hər hansı bədən xəsarətləri aldığı bildirilmir.

8 yaşında cərrahiyyə əməliyyatı olunub

Hesabatda deyilir ki, Əmininin ölümü 8 yaşında olarkən beyin şişinin kəsilməsi üçün keçirdiyi cərrahiyyə əməliyyatı ilə bağlıdır.

Əmini sentyabrın 13-də İran əxlaq polisi tərəfindən saxlanıb və üç gün sonra vəfat edib.

Şahidlər qadının polis tərəfindən aparılarkən döyüldüyünü bildirirlər.

Məhsanın atası isə deyir ki, qızının ayaqlarında xəsarət yerləri olub.

Onun ölümünə 18 gündür ki, davam edən etiraz aksiyalarında ölkə boyunca azı 154 nəfərin öldüyü bildirilir.

İran hakimiyyəti etirazçılara qarşı ən sərt davranış göstəriləcəyinə dair xəbərdarlıq edib.

Buna baxmayaraq etirazlar xaotik şəkildə genişlənməkdə davam edir.

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

XS
SM
MD
LG