Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:58

2017-ci ildə iqtisadiyyat pulsuz qala bilər


Mərkəzi Bank
Mərkəzi Bank

Makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə də Mərkəzi Bankın (MB-nin) qarşısında duran ən mühüm vəzifədir. Bu barədə “MB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyənatı”nda deyilir.

Sənəddə qeyd olunur ki, makroiqtisadi sabitlik iqtisadi artımın bərpa olunmasının, milli iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçirilməsinin əsas şərtini təşkil edir:

“Makroiqtisadi sabitliyin təmin edilməsi ilk növbədə monetar siyasətin büdcə-vergi siyasəti ilə effektiv əlaqələndirilməsini, bütövlükdə isə iqtisadiyyatın, tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasına, bu əsasda üzən məzənnəyə tam və effektiv keçidə imkan verən kompleks təbdirlərin görülməsini zəruri edir”.

2017-ci ildə MB iqtisadiyyatı pulsuz qoyacaq

Azərbaycan manatı
Azərbaycan manatı

Əslində, əsas işi qiymətlərin sabitliyini (inflyasiya) təmin etmək olan MB konkret inflyasiya hədəfini açıqlamayıb. Yada salaq ki, MB “2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda da inflyasiya proqnozunu açıqlamamışdı. Sənəddə bildirilir ki, MB inflyasiya risklərinə çevik reaksiya verəcək:

“Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq MB fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq. 2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək”.

MB üçün “məqbul” səviyyənin hansı hədd olduğu bəlli deyil. Baş bank inflyasiyaya qarşı mübarizəni pul təklifi əhəmiyyətli məhdudlaşdırmaqla və sərt pul siyasətini həyata keçirməklə aparacağını bəyan edib. Bu da o anlama gəlir ki, 2017-ci ildə MB iqtisadiyyatı pulsuz qoyacaq.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin 11 ayında orta illik inflyasiya 12.1% təşkil etmişdir. Orta illik əsasda ərzaq qiymətləri 14.1%, qeyri-ərzaq qiymətləri 16.8%, xidmətlərin qiymətləri isə 5.6% artıb.

XS
SM
MD
LG