Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:43

Xanım jurnalistlərin “Bandotdel”də gördükləri


"Bandotdel"də çay içdik
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

"Bandotdel"də çay içdik

►“Atam küsüb girib bir otağa, içəri girəndə heç mənimlə də danışmadı. Anamın səhhəti pisləşib"

“Ukraynada artıq hava limanına gələndə bir-birimizlə zarafatlaşırdıq ki, bizi “Bandotdel”ə aparacaqlar. Eləcə deyib gülürdük ki, biz də orada Xədicə kimi reaksiya verərik ki, “polisin qanuni tələbinə tabe olmadıq” deyə aparırlar”.

Zarafat gerçək oldu. Ukraynadan təlimdən qayıdan, Meydan TV ilə əməkdaşlıq edən üç qadın jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı İzolda Ağayeva sentyabrın 20-ə keçən gecə elə Bakıya ayaqlarını qoyar-qoymaz hava limanındaca saxlanılır və el arasında “Bandotdel” adlandırılan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılırlar.

Buna da bax: Bahalaşma belə yaranır...

“BAŞLADI, HAZIR OLUN”

Aytən Fərhadova danışır ki, hava limanında pasport nəzarətinə ilk o, yaxınlaşır və ilk xəbəri də o, alır:

“Dedilər ki, “sizə “stop” qoyulub”, çönüb qızlara baxdım və başımı yellədim ki, “yəni başladı, hazır olun””.

Qızlar baş verənlərə psixoloji hazır imişlər. Onlar hələ təlimdə ikən iki həmkarlarını Aytac Əhmədova və Şirin Abbasovu da “Bandotdel”ə aparmışdılar. Aytac Əhmədova bir neçə saat sonra sərbəst buraxılsa da, Şirin Abbasov hələ də azadlıqda deyil.

Xanım jurnalistlər "Bandotdel"ə aparılarkən
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

“ONLARI DA ŞOKOLADA QONAQ ETDİK”

Onları da Bakıda “sürpriz”in gözlədiyini təxmin edən qızlar istər hava nəqliyyatı polisində, istərsə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində zarafatlarından qalmayıblar. Hələ polis işçilərini Ukrayna şokoladına da qonaq ediblər.

İkinci şokolad qutusu isə “Bandotdel”də açılıb. Müstəntiqlər qızları çaya, qızlar da onları şokolada qonaq ediblər.

İzolda Ağayeva: “Gördüm ki, hava nəqliyyatı polisində əşyalarımızı siyahıya alanda ev üçün aldığım şokoladları xüsusi həvəslə qeyd edirlər. Çıxarıb birini onlara hədiyyə etdim”.

İkinci şokolad qutusu isə “Bandotdel”də açılıb. Müstəntiqlər qızları çaya, qızlar da onları şokolada qonaq ediblər.

Sevinc Vaqifqızı: “Bir şokoladı da orda açdıq, onlarla bir çay içdik. Sonra Aytən getdi stəkanları yumağa, biz də ona sataşdıq ki, “bircə burada stəkan yumağın qalmışdı. Burada da əlini buladın qablara””.

“BAŞINI DİK TUTMAĞA ÇALIŞIRSAN”

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

Daha sonra qızlar yatmağa çalışsalar da, yuxuları ərşə çəkilib. Gecə saatları olmağına baxmayaraq, gözlərinə yuxu getməyib:

“Dəhlizə çıxmaq istəmirsən ki, kameralar qoşa-qoşadır. Yatmağın gəlmir ki, səni çəkirlər hər yerdə. Əməliyyatçının otağına girirsən, orda da əməliyyatçının yanında başını stola qoyub yatmaq istəmirsən ki, gücsüz, zəif deyə görünməyəsən. Bilmirsən günahın nədir, nə cinayət törətmisən, öhdənə düşən qanun pozuntusu nədir və eyni zamanda da başını dik tutmağa çalışırsan. Belə olan halda necə yata bilərsən ki? Səhəri açıq gözlə açdıq”.

Jurnalistlərin danışdığına görə, hava nəqliyyatı polisində onlara “Sizə “Bandotdel”də işgəncə verəcəklər” deyə psixoloji təzyiq edilsə də, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əksinə “hörmətlə” qarşılanıblar.

Sevinc Vaqifqızı: “İçəri keçən kimi soruşduq ki, “bizi podvala aparırsız?”, dedilər ki, “əslində, bura gətirilənləri podvala aparırıq, amma siz qadınsız deyə hörmət edib yuxarı mərtəbəyə aparırıq””.

“ATAM MƏNİMLƏ İNDİ DƏ DANIŞMIR”

Bir gün sonra qızlar bütün bunları deyib gülə-gülə yad etsələr də, əslində bir gərginlik yaşadıqlarını da dilə gətirirlər. Baş verənlər həm də onların ailələri üçün çox ağır sınaq olub. Ananı gözləyən 7 yaşlı uşaq, diabet xəstəsi ana – Aytən bunları xatırlayanda üzündəki gülüş də anidən yox olur:

“Atam mənimlə indi də danışmır. Əmimə zəng ediblər ki, “qardaşın qızı tutulub”. O da diabet xəstəsi anama zəng edib ki, “qızını tutublar”. Atam küsüb girib bir otağa, heç kimlə danışmayıb, içəri girəndə heç mənimlə də danışmadı. Anamın səhhəti pisləşib. Oğluma psixoloji travma olub ki, “anam dediyi vaxtda gəlməyib, yəqin harasa gedib”. Əslində isə harasa getdi deyə bir durum yox idi sadəcə ana gələ bilmirdi. Elə bir durum yaradırlar ki, Facebook-da da açıb baxırsan ki, nə qədər adam narahat olub. Pis olursan ki, heç nədən belə bir narahat durum yaratmısan”.

Sonra yenə üzündəki ənənəvi təbəssüm geri qayıdır, deyir ki, “məni bu qədər çox adamın sevdiyini bilsəydim, çoxdan tutulardım” – və gülür.

Buna da bax: Miskin Bakı mənzərəsi

İKİ DƏFƏ TƏCİLİ YARDIM GƏLİB

İzolda isə bacılarının artıq ona həbsxanaya yemək gətirmək barədə düşündüklərindən danışır:

“Bütün bunlar bizə nə qədər adi gəlsə də, ailəmiz üçün bir o qədər qeyri-adidir. Son olaylar – həmkarlarımızın həbsi, küçədən tutub saxlanması – bütün bunlara görə valideynlərimiz üstünə iki dəfə təcili tibbi yardım gəlib”.

Sentyabrın 21-də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin bu cür saxlanmalarına münasibət bildirib. Deyib ki, ölkədə bir neçə media orqanının əməkdaşları, o cümlədən “Meydan TV” ilə əməkdaşlıq edənlər akkreditasiya qaydalarını pozmaqla qeyri-qanuni fəaliyyət göstərirlər:

Müstəqil ekspertlər isə ölkə Konstitusiyasının hər kəsə “məlumatı qanunu yolla toplama, yayma, ötürmə hüququ” verdiyini, bu hüququn məhdudlaşdırılmasının yolverilməz olduğunu bildirir.

XS
SM
MD
LG