Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:54

Moldovada rusiyayönlü qüvvələr fəallaşır


Bəzi etirazçılar parlament binasının və prezident sarayının həndəvərlərində çadır qurublar.
Bəzi etirazçılar parlament binasının və prezident sarayının həndəvərlərində çadır qurublar.

Xəbər verilir ki, sentyabrın 19-dan başlanan küçə etirazlarını rusiyayönlü populist və milayrder İlan Şorun “Şor partiyası” təşkil edir

Moldova prezidenti Maya Sandu oktyabrın 11-də hökumətə müraciət edərək təhlükəsizlik qüvvələrinə rusiyayönlü hakimiyyətin bərpasını tələb edən küçə yürüşləri ilə bağlı xüsusi səlahiyyətlərin verilməsini istəyib.

Xəbər verilir ki, sentyabrın 19-dan başlanan küçə etirazlarını rusiyayönlü populist və milyarder İlan Şorun “Şor partiyası” təşkil edir.

Onun özü 2019-cu ildə dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunandan sonra ölkədən qaçıb.

Bəzi etirazçılar parlament binasının və prezident sarayının həndəvərlərində çadır qurublar. Onlar Sandunun qərbyönlü hökumətini bahalaşmada günahlandırır və istefasını tələb edirlər.

Sandu hökuməti hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətlərin verilməsinə çağırıb.

O yerli idarəetmə orqanlarındakı “bəzi qüvvələri ölkənin sabitliyinə qarşı təxribatda” ittiham edib.

“Vətənə xəyanət”

Keçmiş moskvayönlü prezident İqor Dodonun Sosialist Partiyasından olan Kişinyov meri İon Çeban oktyabrın 10-da hökumət maşınlarından paytaxtın əsas küçələrinin bloklanması üçün istifadə edib.

Prezidentin fikrincə paytaxt meri bu hərəkəti ilə rusiyayönlü etirazçıların fəaliyyətinə dəstək verib:

"Vətənə xəyanət sərt şəkildə cəzalandırılacaq. Panika yayanlar və müharibə istəyənlər qanunla cəzalandırılacaq”.

Onun sözlərinə görə etirazçılar Moskvaya Rusiyaya loyal hökumət quracaqlarını vəd ediblər.

Lukaşenko: 'Nüvə zərbəsi də daxil, bizə qarşı yeni variantlar nəzərdən keçirilir'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Sandu 2020-ci ildə Moldovada keçirilən prezident seçkisində Dodona qalib gəlib.

Moldova Ukrayna və NATO üzvü Rumıniya ilə həmsərhəddir.

Sandu qərbyönlü siyasət yürüdür və Moskvanın Ukraynaya hərbi müdaxiləsini pisləyib. Rusiya öz növbəsində qiymət mübahisəsi əsnasında Moldovaya verilən qazı dayandıracağı ilə hədələyib.

Prezidentin tənqidçiləri bildirirlər ki, o Moskva ilə daha yaxşı qaz razılaşması əldə etməli idi.

Təzyiqlər günü-gündən artır

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova Avropa İttifaqı üzvlüyü üçün danışıqlara dəvət olunub.

Sandu oktyabrın 11-də etdiyi çıxışında deyib:

"Biz ölkəmizdə sülh və sabitliyin qorunub saxlanması üçün hər şeyi edirik. Lakin bizə təzyiqlər günü-gündən artır. Vəziyyətin sabitliyini pozmaq və aramıza ixtilaf salmaq üçün göstərilən cəhdlər artmaqda davam edir”.

Moldovanın Dnestryanı regionu rusiyayönlü separatçıların nəzarətindədir və Ukrayna münaqişəsinin bu ölkəyə də yayıla biləcəyindən narahatlıqlar var.

Moldova və Dnestryanı
Moldova və Dnestryanı

Rusiya Dnestryanıda sovet zəmanəsindən qalma nəhəng silah anbarını qorumaq bəhanəsi ilə orada 1500-dək əsgər saxlayır.

Bundan başqa Dnestryanıda 1992-ci ilin sonlarında baş vermiş münaqişədən sonra Moskva bu bölgəyə özünün “sülhməramlı” adlandırdığı daha 400-500 hərbçi gətirib.

XS
SM
MD
LG