Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:51

Məşədi Natiqin işinə qapalı məhkəmədə baxılacaq


Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov. 23yan2017.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov. 23yan2017.

2015-ci ilin sonunda - Nardaran hadisələrindən az sonra dövlətə xəyanətdə suçlanaraq həbs olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun məhkəməsi başlanıb.

O, Azərbaycan İslam Partiyası sədrinin müavini İnqilab Əhədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. Onların işinə Əhməd Quliyevin sədrliyi ilə, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyası baxır.

Buna da bax:​ Nardaran işi: 'Deyirlər, Nardarana 12 milyona yol çəkiblər...'

Yanvarın 23-də məhkəmənin hazırlıq iclası keçirilib. Qanun baxımından hazırlıq iclası və hökmün elanı açıq məhkəmə şəraitində keçirilsə də, Məşədi Natiq və İnqilab Əhədovun işi üzrə hazırlıq iclası qapalı aparılıb.

Vətənə xəyanətdə təqsirləndirilirlər

Vəkillərin dediyinə görə, qapalı keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və işin məhkəmə baxışına verilməsi haqda qərar qəbul olunub. O da bildirilib ki, işin içində dövlət sirri sayılan məlumatlar olduğundan, məhkəmə qapalı keçiriləcək.

Buna da bax: Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

Məhkəmə baxışı fevralın 2-nə təyin olunub.

XATIRLATMA

Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub və ötən il yanvarın 19-da Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

Həbsdə saxlanan İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir.

Buna da bax:

"İlham Əliyev yumurtadan danışa bilir, mən kartofdan yox?"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

XS
SM
MD
LG