Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:14

Aleksei Navalny-nın antikorrupsiya fondu bağlandı


Aleksei Navalny Antikorrupsiya Fonduna reyd zamanı
Aleksei Navalny Antikorrupsiya Fonduna reyd zamanı

Rusiyada müxalifət siyasətçisi və Kremlin qatı tənqidçisi Aleksei Navalny az qala on il müddətində Rusiya hakimiyyətinin qanunsuz əməllərini faş edən Antikorrupsiya Fondunu (AKF) bağladığını bəyan edib.

Navalny özünün internet saytında yazır ki, onun fondu bağlamasına səbəb təşkilata qarşı Moskva Məktəblisi iaşə şirkətinin məhkəmə şikayətidir.

Sözü gedən şirkət rusiyalı biznesmen, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeny Prigozhin-in adı ilə əlaqələndirilir.

Bu şirkət Noskvanın məktəb və uşaq bağçalarını yeyinti məhsulları ilə təchiz edir.

Navalny yazır ki, “biz indi başqa bir hüquqi şəxsə keçəcəyik və qoy bu fond Putinlə Prigozhin-in boğazlarında qalsın”.

O əlavə edib ki, bu məsələdə əsas dəyər onun tərəfdarlarıdır.

Nəhəng cərimə

2019-cu ilin oktyabrında Moskva məhkəməsi Navalny və müxalifət fəalı Lyubov Sobolun, habelə AKF-nin iaşə şirkətinə 88 milyon rubl (1.2 milyon dollar) təzminat ödəməli olduqları barədə hökm çıxarmışdı.

Buna səbəb AKF-nin hazırladığı videomaterial idi. Bu videoda Moskva Məktəblisi şirkətinin sanitariya standartlarına əməl etmədiyi, məktəb və bağçalara keyfiyyətsiz yeməklər verildiyi iddia olunurdu.

Yevgeny Prigozhin (solda) prezidentə iaşə xidməti göstərir
Yevgeny Prigozhin (solda) prezidentə iaşə xidməti göstərir

Məhkəmənin hökmündə deyilirdi ki, sözü gedən video iaşə şirkətinin biznes reputasiyasına zərbə vurub.

Bundan sonra məhkəmə Navalny, Sobol və AKF-yə onlar üçün ödənməsi mümkün olmayan ağır pul cəriməsi qoymuşdu. Navalny bu barədə deyib:

"Bu mənlik və ya Sobolluq məsələ deyil. Məbləğ nəhəngdir. Mən bu məbləği yığmaq üçün çalışmaqda belə məna görmürəm. Putin hakimiyyətinin sonunadək biz bağlanmış hesablar vəmülkiyyətimizin Putinin aşpazının xeyrinə müsadirəsi ilə yaşamalı olacağıq”.

XS
SM
MD
LG