Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:41

Neftə tələbat arta bilər


Arxiv fotosu
Arxiv fotosu

BEA-nın hesablamalarına görə, OPEK ölkələri bu ilin dördüncü rübündə günlük xam neft tələbatından 700 min barel az neft hasil edəcək

Oktyabrın 14-də Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, qlobal enerji böhranı və şişməkdə olan inflyasiya neftə tələbatı gündə yarım milyon barelə çatdıra, bu isə dünyanın Covid-19 pandemiyasının təsirlərindən bərpasını ləngidə bilər.

Baş qərargahı Parisdə yerləşən agentlik özünün aylıq neft hesabatında bildirib ki, kömür və qaz qiymətlərinin rekord həddə yüksəlməsi enerji sektoru və enerji yüklü sənaye sahələrini neftdən istifadəyə vadar edəcək. “Nəticədə gələn il neft tələbatının pandemiyadan öncəki səviyyələrə çatacağı gözlənilir”, – sənəddə deyilir.

Səmərə verməyib pulu göyə sovurulan layihələr
Gözlə

No media source currently available

0:00 0:07:18 0:00

“Enerji qiymətlərinin artması eyni zamanda inflyasiya təzyiqini artırır. Bu və elektrik kəsintiləri sənaye fəaliyyətinin azalmasına və iqtisadiyyatın bərpasının yavaşımasına səbəb ola bilər”, – hesabatda deyilir.

BEA-nın hesablamalarına görə, OPEK ölkələri bu ilin dördüncü rübündə günlük xam neft tələbatından 700 min barel az neft hasil edəcək. Bu isə ən azı 2021-ci ilin sonunadək tələbin təklifi üstələyəcəyi deməkdir.

Hesabatda daha sonra deyilir ki, ötən rübdə tələbatın artması nəticəsində neft məhsullarının birja səhmləri səkkiz ilin ən yüksək qiymətlərinə yüksəlib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrindəki tədarük səviyyəsi isə 2015-ci ilin əvvəllərindən bəri ən aşağı səviyyəsinə enib.

XS
SM
MD
LG