Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır


Arxiv fotosu
Arxiv fotosu

American Express-dən öncə Visa, Mastercard və PayPal Rusiyada əməliyyatları dayandırmaq qərarı veriblər

Rusiyanın Ukraynada müharibəsilə bağlı Netflix və TikTok Rusiyada xidmətlərin çoxunu dayandırıblar. Martın 6-da American Express maliyyə şirkəti Rusiyada əməliyyatları dayandırdığını açıqlayıb.

TikTok yeni video postları və canlı striminqi bloklayıb. Netfilix də xidməti dayandırdığını bildirib, amma əlavə detalları açıqlamayıb. ABŞ-da yerləşən Netflix Rusiyada sövdələşmələri və orijinal proqram istehsalını daha əvvəl dayandırmışdı.

TikTok qadağanı işçilərinin və istifadəçilərinin təhlükəsizliyi, Rusiyanın yeni “saxta xəbər” qaydalarına əməl etməklə izah edib.

“Saxta xəbər” qanunu

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı müharibəsilə bağlı Kremlin siyasətinə əməl etməyən media orqanları və fərdlərə təzyiqi gücləndirib.

Putinin imzaladığı qanunda Rusiya silahlı qüvvələrinin fəaliyyəti barədə “saxta xəbər” yayan, “Rusiya əsgərlərini gözdən salan” şəxslərin 15 ilədək həbsi nəzərdə tutulur.

BBC, CNN, Bloomberg, CBS, German ARD, ZDF kimi beynəlxalq media qurumları Rusiya daxilindən xəbər verməyi dayandırıb.

Çinin ByteDance texnologiya şirkətinə məxsus TikTok məhdudlaşdırmanın mesaj xidmətinə aid olmadığını bildirib. Şirkət onu da bəyan edib ki, xidmətlərin təhlükəsiz bərpasının müəyyənləşdirilməsi üçün şəraiti qiymətləndirəcək.

TikTok-un sözçüsü Hilari Makkuade “AP”yə deyib ki, hazırda şəbəkə Rusiyada yalnız baxış rejimində açıqdır, adamların yeni videolar, yaxud canlı striminq etməsinə və görməsinə qadağa var. Onlar köhnə videoları görə biləcəklər, amma yalnız ölkə daxilində yerləşdirilənləri.

Kartlar işləməyəcək

American Express-dən öncə Visa, Mastercard və PayPal Rusiyada əməliyyatları dayandırmaq qərarı veriblər.

“Rusiyanın Ukrayna xalqına qarşı davam edən, əsaslandırılmamış hücumuna görə American Express Rusiyada əməliyyatlarının hamısını dayandırır”, – şirkət vebsaytında bildirir.

Şirkətin qlobal kartları Rusiyada, eləcə də Rusiya banklarının kartları ölkədən kənarda, American Express-in şəbəkəsində işləməyəcək.

American Express Belarusda bütün biznes əməliyyatlarına da son verdiyini açıqlayıb.

Rublun çökməsi Ermənistana da problem yaradıb
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Rusiyanın Ukraynanı işğal etməsi bütün dünyada pislənir. Qərb Rusiya iqtisadiyyatına ağır sanksiyalar tətbiq edir.

Papa Frensiz martın 6-da həftəlik müraciətində döyüşlərə son verməyə çağırıb.

“Müharibə dəlilikdir, xahiş edirik dayanın”, – deyən papa Ukrayna müharibəsində “qan və göz yaşları çayları”nın axdığını vurğulayıb.

XS
SM
MD
LG