Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:21

Nigeriya da Azərbaycanın günündədi


-

150 milyon əhalisi olan Nigeriya dünyanın ən iri neft istehsalçılarındandır.

Bir tərəfdən Nigeriyanın Mərkəzi Bankının valyutanı nəzarətdə saxlamaq üçün böyük pullar xərcləməsi, bir tərəfdən də neft qiymətlərinin düşməsi 2015-ci ilin üçüncü rübündə həm ixracın, həm də idxalın azalmasına səbəb olub.

Ölkənin Milli Statistika Bürosunun verdiyi məlumata görə, Nigeriyanın ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz azalıb. Ölkənin ixracının 69,1 faizini təşkil edən xam neftin ucuzlaşması iqtisadiyyata ən böyük zərbəni endirib.

Məlumatda deyilir ki, ixracatda kəskin, idxalatda isə yüngül azalma ölkənin ticarət balansında 32 faizlik enişə səbəb olub.

Neft qiymətlərinin aşağı düşməsindən sonra Nigeriyanın Mərkəzi Bankı noyabr ayında ölkənin milli valyutası olan nayranın devalvasiyasını həyata keçirməyə məcbur olub. Afrikanın ən böyük iqtisadiyyatına malik olan Nigeriya neft ixracatından çox asılıdır. Belə ki, dövlət büdcəsinin 70%-i məhz neft glirləri sayəsində formalaşır. Neft qiymətlərinin enərək keçən həftə son altı illik antirekorduna çatması ölkəni sol illər ərzində ən ağır iqtisadi böhranla üz-üzə qoyub.

Buna da bax: Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu

Bundan başqa neft ixracının azalmasının vətəndaşların həyatını yaxşılaşdıra biləcək mühüm inkişaf proqramlarının icrasına mane ola biləcəyi qorxusu yaradıb.

Ölkədə istehsal müəssisələrinin azlığı səbəbindən Nigeriya istehlak etdiyi malların əksər hissəsini idxal edir.

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

XS
SM
MD
LG