Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Koronavirusun yeni variantı 'yaxşı xəbər'dirmi?


Cənubi Afrikada COVID-19-un yeni variantı Omikron ştammını ilk dəfə aşkar edən həkimlərdən biri deyib ki, yeni variantın simptomları “çox zəifdir”

Cənubi Afrikada COVID-19-un yeni variantı Omikron ştammını ilk dəfə aşkar edən həkimlərdən biri deyib ki, yeni variantın simptomları “çox zəifdir”.

Cənubi Afrika Tibb Assosiasiyasının sədri doktor Anjelik Kutsi deyib ki, o öz klinikasında bu varianta yoluxmuş 7 pasienti müayinə edib və Omikronun simptomlarının Deltanın simptomlarından xeyli fərqli olduğu nəticəsinə gəlib:

"Onlar klinikaya son dərəcə yorğunluqdan, boğazda azacıq qaşınmadan və quru öskürəkdən şikayətlə gəlmişdilər”.

The Independent qəzetinin yazdığına görə doktor Kutsi daha sonra deyib:

"Biz bu üçüncü dalğa ərzində Delta variantına yoluxmuş çox sayda pasient görmüşük. Onların simptomları mövcud klinik təsvirə uyğun gəlmir. Onlardan əksəriyyətində zəif, çox zəif simptomlar var. Onlardan heç biri xəstəxanaya qəbul edilməyib”.

Doktor Kutsi deyib ki, sözü gedən xəstələrin hamısı evlərində müalicə olunur.

Həkimin sözlərinə görə virusun bu ştammı əsasən yaşı 40-dan az olanlara yoluxur.

O bildirib ki, yoluxanların 50 faizi vaksin olunmayanlardır.

Omikronun əsl siması

Doktor Kutsi BBC-yə müsahibəsində Britaniyanın “əbəs yerə panikaya düşdüyünü” deyib:

“Düşünürəm ki, bu virus artıq sizin ölkənizdə var və siz onu tanımamısınız”.

Doktor Kutsinin məlumatı bir sıra elmi dairələrdə ehtiyatlı nikbinliklə qarşılanıb.

Viroloq Mark van Ranst deyib ki, “əgər Omikron daha yoluxucu, amma daha az patogenikdirsə, o tezliklə Delta variantının yerini tuta bilər və bu, pozitiv hadisə olardı”.

Lakin həkimin bu bəyanatlarından sonra Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıqla çıxış edib.

DST-nin bəyanatında deyilir ki, ilkin yoluxmalar universitet tələbələri arasında olub, gənclər isə koronavirus yoluxmasını daha yüngül keçirirlər.

DST bəyan edib ki, Omikronun əsl simasını öyrənmək üçün onu bir neçə həftə müşahidə etmək lazım gələcək.

XS
SM
MD
LG