Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:52

Omikrona yoluxmanı adi soyqudəymədən necə fərqləndirməli?


Rusiya isə COVID ölümlərinə görə Braziliyanı geridə qoyaraq ABŞ-dan sonra ikinci olub

Koronavirusun yeni ştammı - Omikronun sunamisayağı yoluxma dalğası yaradacağı bildirilmişdi.

Dekabrın 30-da yoluxmalar Avropa boyunca həqiqətən də qasırğayabənzər sürətlə yayılıb.

The Guardian yazır ki, Şərqi Avropada koronavirus ölümləri 1 milyona çatıb, Rusiya isə COVID ölümlərinə görə Braziliyanı geridə qoyaraq ABŞ-dan sonra ikinci olub.

Yaxşı xəbər yalnız Cənubi Afrikadan gəlir. Bu ölkədə Omikrona yoluxmaların zirvəsinin aşıldığı xəbər verilib.

Dekabrın 24-də Fransada 206 min yoluxma qeydə alınıb. Burada ikinci gündür ki, yoluxmaların sayı günə 200 mindən aşağı düşmür.

Britaniyada bir gün ərzində 190 min yoluxma qeydə alınıb. Bu, bir gün əvvəl olduğundan 10 min çoxdur.

Yoluxmalarlın belə sürətlə artması Omikron ştammının yüksək yoluxuculuğu ilə bağlıdır.

Lakin xoşbəxtlikdən ekspertlər bu ştammın koronavirusun başqa variantlarından xeyli zəif simptomlar yaratdığına getdikcə daha çox əmin olurlar.

Bu simptomlar o qədər zəifdir ki, bunu adi soyuqdəymə ilə səhv salmaq olar.

Amma həkimlər bildirirlər ki, bütün bunlara baxmayaraq adamların soyuqdəymə keçirdiklərini, yoxsa Omikrona yoluxduqlarını bilmələrində fayda var.

İki cür qaşınma

Hökumətin standart simptom siyasında üç əsas əlamət verilir – yüksək hərarət, öskürək, iy və dadbilmənin itməsi və ya dəyişməsi.

Lakin pamdemiya ilə ön cəbhədə üz-üzə gələn həkimlər son vaxtlar daha çox simptomdan danışırlar.

Liverpulda sahə həkimlərindən biri Omikrona yoluxanlarda, xüsusilə də uşaqlarda dəridə səpki və qaşınma müşahidə edib.

Dokror Deyvid Lloyd Sky News telekanlına deyib ki, “həddən artıq yorğunluq, başağrısı və iştahın itməsi də mühüm əlamətlər olaraq qalır”.

Həkim bildirib ki, səpki və qaşınma Omikrona yoluxmuş uşaqların 15 faizində müşahidə edilir.

Lakin bu qaşınmanın iki cür olduğuna diqqət çəkilir. Omikrona yoluxma zamanı qaşınma yerləri şişkinləşir və yaxud isti havalarda olduğu kimi bütün bədən boyunca xırda səpkilər yayılır.

Amma bütün bu əlamətlər adi soyuqdəymədə olduğu kimi bir neçə günə yox olub gedir.

XS
SM
MD
LG