Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Birləşmiş Ştatlar Ukraynaya 2.3 milyard dollarlıq yeni yardım paketi açıqlayacaq


Lloyd Ostin və Rustem Umerov iyulun 2-də Vaşinqtonda görüşüblər
Lloyd Ostin və Rustem Umerov iyulun 2-də Vaşinqtonda görüşüblər

Birləşmiş Ştatlar Ukraynaya 2.3 milyard dollarlıq yeni yardım paketi açıqlayacaq.

Bu barədə məlumatı Pentaqonun başçısı Lloyd Ostin iyulun 2-də Vşqintonda Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşdə elan edib.

Yeni yardım paketinə nələrin daxil olduğu hələ ki, açıqlanmır.

ABŞ dövlət katibi Antoni Blinken “Amerikanın səsi” radiosuna müsahibəsində demişdi ki, yaxın vaxtlarda Ukraynanın hava hücumundan müdafiə qüvvələri üçün "yaxşı xəbərlər" olacaq.

Blinken Reuters agentliyinə deyib ki, yeni hərbi yardım paketi NATO-nun gələn həftə Vaşinqtonda keçiriləcək sammitində rəsmən bəyan ediləcək:

"Siz eşitmişiniz ki, ukraynalılar əlavə olaraq Patriot raketləri və buna bənzər sistemlər istəyirlər. Düşünürəm ki, bu istiqamətdə onlara veriləcək yaxşı xəbərlərimiz olacaq”.

Ostin-Umerov danışıqları

Vaşinqtonda keçirilən danışıqların əsas mövzusu ABŞ və Ukrayna arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsidir.

Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx məlumat verib:

"Nazir Ostin və nazir Umerov ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və ABŞ və Ukrayna arasında müdafiə partnyorluğunun gücləndirilməsi məsələlərini müzakirə edirlər”.

İyunun ortlarında ABŞ və Ukrayna prezidentləri Co BaydenVolodimir Zelenski Böyük yeddilərin (G-7 qrupu) İtaliyada keçirilən sammitində təhlükəsizlik və Ukraynaya uzunmüddətli dəstəyə dair razılaşma imzalayıblar. Razılaşma növbəti on il üçün nəzərdə tutulub.

Bu razılaşmaya əsasən ABŞ Ukrayna hərbçilərinin təlimlərini davam etdirəcək, ölkələrin hərbi sənaye kompleksləri arasında əməkdaşlığı gücləndirəcək, habelə kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirəcək.

XS
SM
MD
LG