Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

Özbəkistan Rusiyanın Mir kartlarından istifadəni dayandırdı


Özbəkistan sentyabrın 23-də Rusiyanın beynəlxalq banklar tərəfindən buraxılmış Mir bank kartlarına xidməti dayandırıb

Özbəkistan sentyabrın 23-də Rusiyanın beynəlxalq banklar tərəfindən buraxılmış Mir bank kartlarına xidməti dayandırıb.

Özbəkistanın Uzkard maliyyə qurumu bunu texniki səbəblərlə izah edib.

Uzkardın məlumatına görə Özbəkistanda Mir kartları adi qaydada işləyir.

Ferqana agentliyi yazır ki, Özbəkistanda Rusiyanın Mir kartlarından istifadə ilə bağlı problem bir neçə gün əvvəl başlanıb.

Uzcard sentaybrın 21-də bildirmişdi ki, Rusiyanıln Mir kartlarını qəbul etməkdə davam edir.

Kart verilməsi qaydaları sərtləşdirilir

Sentyabrın 21-də məlum olub ki, Qazaxıstanın ən böyük bankı – Halık Bank Rusiyanın Mir kartlarına özünün bankomatlarında maliyyə xidmətini dayandırıb.

Sentyabrın 19-dan Mir kartlarına xidməti Türkiyənin İşbank və Denizbank bankları da dayandırıblar.

Sentyabrın 12-dən Özbəkistanın ən azı iki bankı qeyri-sakinlərə bank kartlarının verilməsi qaydasını sərtlərşdirib.

Kapital bank bildirib ki, yalnız “tələbə”, “rəsmən məşğulluğu olan” və “respublikada 15 gündən çox olan” kateqoriyasına düşən əcnəbilər üçün hesablar açıla bilər.

Qeyri-sakinlərə bank kartlarının verilməsi qaydalarını İpak Yuli bankı da sərtləşdirib.

Yeni qaydalara görə indi bu bankda hesablar yalnız Daşkənddəki baş ofisdə açıla bilər.

Kart turizmi

Moskvanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra Qərbin əksər ölkələri Rusiya üzərinə sərt sanksiyalar eılan ediblər.

Sanksiyalar habelə Rusiya banklarını hədəfləyir. Bunun nəticəsində xaricdə olan rusiyalılar bank xidmətlərindən istifadə edə bilmirlər.

Belə bir şəraitdə bir çox rusiyalılar xarici banklarda hesab açmağa çalışırlar.

Bunun üçün bir sıra MBD ölkələrinə, Türkiyəyə və Rusiyaya qarşı sanksiyalara qoşulmayan başqa regionlara səfər etmək lazım gəlir.

Xəbər verilir ki, “kart turizminin” əsasas istiqamətləri Mərkəzi Asiya ölkələri – Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistandır.

XS
SM
MD
LG