Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Pantomim Teatrında 332 min manatlıq yeyintiyə şərti cəza verildi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Azərbaycan Dövlət Pantomim Teatrında 332 min manatlıq yeyinti ilə bağlı yarım il sürən məhkəmə araşdırması yekunlaşıb. Teatrın kadrlar şöbəsinin keçmiş müdiri, külli miqdar mənimsəmədə suçlanan Aytən Kərimovaya, 2 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

"İki azyaşlı uşağım var. Evimi satıb ziyanın bir hissəsini ödəmişəm. Xahiş edirəm, bunları nəzərə alasınız", - A.Kərimova iyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökmdən öncə son sözündə belə söyləyib.

O, istintaq və məhkəmə dövründə mənimsənildiyi iddia olunan vəsaitdən 100 min manat ödəyib.

Özünü qismən təqsirli sayan A.Kərimovanın 31 yaşı var. Deyir ki, yeyinti olub, amma ittihamda göstərildiyi qədər - 332 min manat olmayıb. Onun sözlərinə görə, teatra dəymiş ziyanın məbləği şişirdilib və ittihamda çox göstərilib. Təqsirləndirilən xanım təxminən 200 min manat civarında yeyintini qəbul edir.

Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb

A.Kərimova məhkəmədə ifadəsində deyib ki, teatrda mühasib olmayan vaxtlarda işçilərin maaşını o verib. Onun sözlərinə görə, Dövlət Pantomim Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlər üzündən bloklanırmış.

Bu da işçilərə maaşların ödənilməsində çətinlik törədirmiş. Həmin səbəbdən pulları müxtəlif kartlara göndərib, sonra oradan nağd şəkildə çıxararaq, işçilərin maaşı ödənilirmiş.

XS
SM
MD
LG