Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Paşinyan Blinkenə nədən şikayət edib? (Video)


Qarabağda ermənilərlə azərbaycanlıların birgə klinikası, aeroportu - erməni ekspertin barış modeli
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Qarabağda ermənilərlə azərbaycanlıların birgə klinikası, aeroportu - erməni ekspertin barış modeli

Paşinyan demişdi ki, Brüssel görüşündən sonra “müzakirələrin predmeti ilə heç bir əlaqəsi olmayan şərhlərin səsləndirilməsi təəssüf doğurur”

Brüsseldə keçirilən üçtərəfli danışıqlardan dərhal sonra ABŞ dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyanla telefonla danışması onu göstərir ki, bu formata Birləşmiş Ştatlart da qoşulub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu fikri erməni politoloq Areq Koçinyan səsləndirib.

Politoloq mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənsitan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü yüksək qiymətləndirdiyini deyib:

“Bu telefon söhbəti onu sübut edir ki, ABŞ bu prosesdə maraqlıdır və Vaşinqton Brüssel formatında iştirak edir”.

Ermənistan hökumətinin verdiyi məlumata görə Paşinyan Blinkenlə söhbətində “bütünlükdə Brüssel görüşünü müsbət qiymətləndirdiyini” deyib.

Amma Paşinyan bunun ardınca deyib ki, həmin görüşdən sonra “müzakirələrin predmeti ilə heç bir əlaqəsi olmayan şərhlərin səsləndirilməsi təəssüf doğurur”.

Ermənistan müxalifəti bu dəfə aksiyaya prezident aparatının önündən başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

“Zəngəzur” sözü

Azatutyun yazır ki, Paşinyanın ofisi baş nazirin konkret olaraq hansı şərhlərdən narazı qaldığına aydınlıq gətirməyib.

Politoloq Areq Koçinyanın fikrincə? Paşinyan İlham Əliyevin görüşdən sonra belə bir bəyanat verməsinə işarə edə bilər ki, tərəflər “Zəngəzur dəhlizinin” açılmasına dair razılığa gəliblər.

“Bu o deməkdir ki, adi bir yolun açılması dəhliz kimi qələmə verilir”.

Azatutyun yazır ki, Əliyevin bu bəyanatına Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da münasibət bildirmişdi:

O demişdi ki, “Ermənistan ərazisində dəhliz məntiqi ilə heç bir yol və ya marşrut ola bilməz”.

Politoloq Koçinyan vəziyyəti belə izah edir:

“Burda məsələ bunda deyil ki, biz deyirik “dəhliz yoxdur”, onlar deyirlər ki, “dəhliz” var. Mahiyyətcə Mişelin özü də deyir ki, dəhliz yoxdur. Çünki onun təsvir etdiyi dəhliz məntiqinə sığmır”.

Xatırlatma

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.

Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Elə həmin gün prezident Əliyev türkiyəli həmkarı Recep Tayyib Erdoğana telefon söhbətində deyib ki, Brüssel görüşündə “Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflər razılığa gəliblər”.

XS
SM
MD
LG