Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

"Kaspar"ın keçmiş sədr müavininin pensiya davası


Mübariz Mədətov
Mübariz Mədətov

►"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov təqaüdünün artırılması üçün məhkəməyə müraciət edib

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sabiq sədr müavini Mübariz Mədətov təqaüdünün artırılması üçün məhkəməyə müraciət edib.

Keçmiş məmur Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon şöbəsinə qarşı iddia qaldırıb.

Mübariz Mədətova iş stajına görə pensiya təyin olunub, amma o, məbləğin aldığı əməkhaqqıya görə hesablanmasını istəyir.

Üstəlik, əməkhaqqıya görə hesablanacağı halda, 2009-cu ildə pensiya hüququ yaranandan bu günə qədər məbləğlər arasındakı fərqin ona ödənilməsini tələb edir.

Buna da bax: Təyyarə məcburi eniş edib, ölən var

“25 İLLİK STAJI NƏZƏRƏ ALINIB”

İddiaya 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb və təmin olunub. Lakin Dövlət Sosial Müdafiə Fondu qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Faiq Qəmbərov məhkəmədə bildirib ki, Mübariz Mədətova pensiya 2013-cü ildən təyin olunsa da, 2009-cu ildən - təqaüd almaq hüququ yaranandan hesablanaraq ödənilib:

"Mübariz Mədətova təyin olunan təqaüd əməkhaqqı ilə deyil, əmək stajı ilə hesablanıb. Çünki qanun belə tələb edir. Onu da qeyd edim ki, ona təqaüd 57 yaşında, 25 illik stajı nəzərə alınaraq güzəştli şərtlərlə təyin olunub".

Buna da bax: Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"

“ƏMƏKHAQQI ÜZRƏ HESABLANSIN”

Mübariz Mədətovun nümayəndəsi Vaqif Hacıyev isə ona verilən təqaüdün 2004-2006-cı illərdə aldığı əməkhaqqı üzrə hesablanmalı olduğunu deyir.

Məhkəmə prosesi fevralın 4-də davam edəcək.

Xatırladaq ki, Mübariz Mədətovun oğlu Xalid Mədətov 2014-cü ildə idarə etdiyi "Mercedes-Benz G-55" markalı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və 6 yaşlı nəvəsinin ölümü ilə nəticələnən qəza törədib. Ekspertizanın rəyinə görə, Xalid Mədətov hadisə zamanı sərxoş olub.

Bu hadisədən iki gün sonra Mübariz Mədətov vəzifəsindən azad olundu, oğlu isə 12 il azadlıqdan məhrum edildi.

XS
SM
MD
LG