Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:53

Pensiyaçı: ‘Üç manata nə düşür?! Onu bizim deputatlardan soruşmaq lazımdır…’


Artırılan maaş və pensiyalar nəyə çatacaq?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Artırılan maaş və pensiyalar nəyə çatacaq?

Prezident İlham Əliyev dünən, fevralın 7-də, pensiyaların artımı ilə bağlı sərəncam verib. İqtisadçılar hesablayıb ki, bu sərəncamla pensiyalar təqribən 2-3 faiz artacaq.

2017-ci ildə pensiya qanununa edilmiş dəyişiklikdən sonra pensiyaların illik uyğunlaşdırılması- indeksasiyası əvvəllər olduğu kimi inflyasiyaya görə yox, orta aylıq əmək haqqının artım tempinə görə aparılır.

Beləliklə, bu artımla kimin pensiyası nə qədər arta bilər?

İqtisadçı alim Qubad İbadoğlu belə bir hesablama aparıb:

“Prezident pensiyaları hər yüz manata – 2 manat 80 qəpik, hər 50 manata – 1 manat 45 qəpik artırdı. Bu ilə qədər 150 manat pensiya alan bundan sonra 154 manat 35 qəpik, 200 manat pensiya alan 205 manat 80 qəpik alacaq”.

“Xoşa gəlmək üçün nə deməliyəm mən?! 52 dəfə artım olsunmu deyim?"

Pensiyaçılar belə artım barədə nə düşünürlər? Pensiyaçı Xammәd Əliyev deyir ki, indiki pensiyasının ümidinə qalsa, gərək quru çörək və pendir yesin, qaranlıqda və soyuqda yaşasın. O, sualını Milli Məclisə yönəldir:

“Üç manata nə düşür?! Onu bizim deputatlardan soruşmaq lazımdır! 2200 manat onları qane etmir, 3000 manat istəyirlər. 165 manat pensiya alıram, bu pul nəyə çatır? 70 yaşım var. Mən niyə məcbur qalıb taksi sürürəm. Bunu onlardan soruşmaq lazımdır”.

Artım pensiyaçıları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli pensiyaçının suallarına cavabında deyir ki, o da bilir ki, bu artım böyük, inqilabi artım deyil, amma hökumət bu haqda düşünür və Azərbaycanın pensiya fondunun 400 milyon manat həcmində artacağı gözlənilir, sadəcə bununçün zaman lazımdır. Hadı Rəcəbli deyir ki, o da pensiyaların artmasını istərdi və bunun üzərində iş gedir. Deputat deyir ki, o hazırda şişirdilmiş vədlər vermək istəmir:

“Xoşa gəlmək üçün nə deməliyəm mən?! 52 dəfə artım olsunmu deyim? Bu gün büdcə imkanları var, Pensiya Fonduna yığılan vəsait var. Pensiya Fonduna yığılan vəsaitin 37 faizi büdcədən gəlir. 1 milyon 200 minə yaxın qeydə alınmayan məşğulluq var. Bunlar hamısı aradan qaldırılmalıdır. Məşğulluq artanda, sığorta haqqı ödənəndə onda bu nöqsanlar hamısı aradan qalxacaq. Bununçün prezidentimiz hansı addımı atdı? Sığorta haqqını və vergiləri azaltdı. Siz isə bunların heç biri haqda danışmırsınız”.

Bahalaşma davam edirsə...

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, bu il bazarda istehlak qiymətlərinin keçən ilkindən də artıq olacağı gözlənilir. Mövziya qayıdırıq.

İqtisadçının sözlərinə görə, bu pensiya artımı qiymət artımını qarşılayacaq qədər deyil və artım pensiyaçının durumunu yaxşılaşdıra bilməyəcək.

Rəşad Həsənovun sözlərinə görə, bu il istehlak bazarında qiymətləri həm də Vergi Məcəlləsindəki dəyişiklik artıracaq:

“Bu dəyişikliklərdən sonra biznesin leqallaşdırılmasına yönələn addımlar atılır. Şirkətlər öz fəaliyyətlərini leqallaşdırmağa çalışırlar və beləliklə şirkətlərin xərci artır, bunun qarşılığında qiymətləri artırırlar. Yanvar ayında topdan ticarətçilərin pərakəndə ticarətçilərə qarşı məhsul təklifində 10-14 faiz artım baş verib. Bu, əlbəttə ki, rəsmi rəqəm deyil”.

Rəşad Həsənov deyir ki, qiymətlərin daha da artacağı gözlənilir və bu da nəticədə il ərzində inflyasiyanın artması ilə nəticələnəcək.

Əvvəlki qanuna əsasən, pensiyalar rəsmi inflyasiyaya uyğun artırılırdı və indiki artımdan iki dəfədən də çox olurdu.

2017-ci ildə “Əmək pensiyaları haqqında” qanun dəyişdirildi və artım inflyasiyaya yox, orta aylıq əmək haqqının artım tempinə uyğun artırılmağa başladı.

Həmin il qanuna həm də pensiya yaşı ilə bağlı dəyişiklik edildi, pensiya yaşı həm qadınlar, həm də kişilər üçün mərhələli şəkildə 65-ə qaldırıldı.

XS
SM
MD
LG