Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:02

Peskov: 'Bu, Ermənistan hökumətinin Rusiyaya qarşı fövqəladə düşmənçilik addımıdır'


Dmitri Peskov
Dmitri Peskov

Moskva Ermənistanın Roma statutuna qoşulmaq niyyətinə xoş baxmır.

Bunu sentyabrın 28-də Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib:

“Ermənsitan çox gözəl bilir ki, biz Roma statutunun üzvü deyilik və Ermənistan bunu da gözəl bilir ki, bu statutun əsasında Vladimir Putinin həbsinə order verilib. Biz bilirik ki, bütün bunları Yerevanda yaxşı bilirlər”.

Peskov deyib ki, Ermənistan hakimiyyətinin belə bir qərarı Rusiyaya münasibətdə “fövqəladə düşmənçilik” səciyyəsi daşıyır.

Kremlin sözçüsü bunu da deyib ki, Ermənistan öz üzərinə beynəlxalq öhdəlik götürürsə, nəyə daha çox üstünlük verdiyinə diqqət yetirməlidir.

Putinin Ermənistana gəlmək niyyəti yoxdur

Bununla yanaşı Peskov vurğulayıb ki, Ermənistan suveren ölkədir:

“Biz əlbəttə ümid edirik ki, belə qərarlar bizim ikitərəfli münasibətlərimizə neqativ təsir göstərməyəcək. Çünki burada söhbət bizim tanımadığımız və üzvü olmadığımız statutdan gedir”.

Roma statutunu imzalayan ölkələr avtomatik olaraq Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına daxil olurlar.

BCM isə Ukrayna uşaqlarının zorla Rusiyaya deportasiyasına görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

O Roma statutunun üzvü olan hər hansı ölkəyə səfər edərsə, həbs oluna bilər.

Peskov bildirib ki, Putin yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətində deyil.

Ermənistanın BCM-in yurisdiksiyasını qəbul etmək niyyəti Moskvada dərin narazılığa səbəb olub. Bununla bağlı ötən həftə Ermənistanın Rusiyadakı səfiri XİN-ə dəvət edilib.

Qondarma respublikanın sonu: Danışıqlara necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

“Putini həbs etməmək” üçün ayrıca saziş

Lakin AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Moskvanın bütün etirazlarına baxmayaraq Ermənistan Milli Məclisinin dövlət quruculuğu və hüquq komissiyası sentyabrın 28-də Roma statutunun imzalanması üçün hökumətin təqdim etdiyi layihəni bəyənib.

Sözü gedən beynəlxalq sənəd ratifikasiya olunmaq üçün Milli Məclisin gündəliyinə salınıb.

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirakosyan sentyabrın 28-də parlamentdə deyib ki, o Ermənistanın bu sənədi imzaladıqdan sonra bu ölkəyə gəldiyi təqdirdə Putini həbs etməli olduğunu düşünmür.

O qeyd edib ki, Ermənistan rusiyalı partnyorlara Roma statutunun 96-cı maddəsinin 2-ci bəndinin əsasında ikitərəfli saziş bağlamağı təklif edib.

Bu müddəa əsasında tərəflər ən narahatlıq doğuran məsələlərdə bir-birlərinə qarantiya öhdəliyi götürə bilərdilər.

Kirakosyan deyib ki, bu təklif Moskvaya aprel ayında göndərilsə də, oradan hələ də cavab alınmayıb.

XS
SM
MD
LG