Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Dörd prezident Kiyevə gəldi


Soldan sağa: Gitanas Nauseda, Andrjey Duda, Volodimir Zelenski, Egils Levits və Alar Karis aprelin 13-də
Soldan sağa: Gitanas Nauseda, Andrjey Duda, Volodimir Zelenski, Egils Levits və Alar Karis aprelin 13-də

Son vaxtlar Avropa liderləri bir-birinin ardınca Kiyevə Zelenski hökuməti ilə danışıqlara gedir

Polşa və üç Baltik dövlətinin prezidentləri aprelin 13-də Ukraynaya dəstək nnümayiş etdirmək üçün Kiyevin çimal-qərbindəki Borodyanka şəhərinə gəliblər.

Litva prezindeti Gitanas Nauseda deyib ki, yaşayış evləri və başqa infrastrukturu bombardman edilmiş bu şəhər “ağrı və əzab içindədir”.

"21-ci əsrin Avropasında belə vəhşiliklərin törədilməsinə inanmaq çətin olsa da, bu bir həqiqətdir. Bu, bizim qalib gəlməyə bortclu olduğumuz bir müharibədir”.

Nauseda qonaq prezindetlərin ukraynalı həmkarları Volodimir Zelenski ilə birgə fotosunu da psot edib.

Nauseda Twitter-də yazıb:

"Biz Ukraynanın Avropa İttifaqına üzvlüyünün vəkilliyini edəcək və bu qəhrəman xalqa müharibə dəhşətlərinə üstün gəlməkdə köməklik göstərəcəyik. Birlik bizim gücümüzdür. Biz qələbəyədək Ukraynanın yanında olacağıq”.

Polşa bundan əvvəl bildirmişdi ki, Nauseda, habelə onun polşalı, estoniyalı, latviyalı həmkarları Andjey Duda, Alar KarisEgils Levits Polşanın Ukrayna ilə həmsərhəd Jeşuv şəhərində görüşərək qatarla Kiyevə yola düşüblər.

Polşa prezidentinin köməkçisi Yakub Kumoş deyib ki, bu səfərdən məqsəd Ukrayna üçün belə bir həlledici anda Zelenskiyə və ölkənin müdafiəçilərinə dəstək nümayiş etdirməkdir.

Polşa, Litva, Latviya və Estoniya prezidentlərinin Kiyevə səfərindən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı qanlı hücumun davam etdiriləcəyini bəyan etmişdi.

Ekspertlər bildirirlər ki, bu dörd ölkə Ukrayna məğlub olarsa, gələcəkdə Rusiyanın təcavüzünə məruz qala bilər.

Ukrayna aprelin 12-də başqa bir NATO üzvü olan ölkənin – Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərindən imtina edib.

O da plan üzrə bu səfərdə iştirak etməli idi:

"Mən bunu etməyə hazır idim, amma görünür, nəzərə almalıyam ki, məni Kiyevdə görmək istəmirlər”.

Almaniyanın keçmiş xarici işlər naziri olmuş Ştaynmayer bir vaxtlar Moskvaya qarşı yumşaq siyasətinə görə sərt tənqid olunur.

***

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Telegram-da yerləşdirdiyi bəyanatda Rusiya əsgərlərini evakuasiya razılıqlarının şərtlərinə əməl etməməkdə suçlayıb.

“Rusiyalılar Zaporojye regionunda və Luqanskda evakuasiya avtobuslarının qarşısını kəsib, onlar atəşkəsi pozurlar”, – o yazıb.


Rusiya dövlət televiziyası aprelin 13-də əllərini yuxarı qaldırmış əsgərləri göstərib, onların Ukrayna dəniz piyadaları olduqlarını deyib. Kremlpərəst blogerlər oxşar videogörüntünü sosial media hesablarında tirajlayıb. Amma bunları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Zelenskinin ofisi, Ukraynanın Müdafiə Nazirliyi məsələni şərh etməyib. Ukrayna daxili işlər nazirinin sözçüsü Vadim Denisenko isə Rusiyanın iddiasını təkzib edib, “Current Time”a deyib ki, Ukrayna ordusu bu məlumatı təsdiqləmir.

***

ABŞ Prezident Co Bayden ilk dəfə olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsini “soyqırımı” adlandırıb, ancaq sonradan bunun ABŞ hökumətinin rəsmi qənaəti olmadığı bildirilib.

Daha sonra reportyorlara cavabında Bayden deyib ki, “genosid” deməsinin səbəbi Rusiya Prezidenti Vladimir “Putinin ukraynalı olmaq ideyasını silməyə çalışması, buna dəlilin getdikcə artmasının daha da aydınlaşmasıdır”. Prezident əlavə edib ki, bunun soyqırımı olub-olmamasına hüquqşünaslar qərar verə bilərlər.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 12-də gecə çıxışında Mariupolda kimyəvi silahlarla bağlı təsdiqlənməmiş məlumatlara toxunub. Onun sözlərinə görə, ekspertlər hansı maddədən istifadə olunduğunu müəyyənləşdirməyə çalışırlar. “Dünya buna indi reaksiya verməlidir”, – o deyib.

Kimyəvi Silahların Qadağanı Təşkilatı da Ukraynadakı vəziyyəti yaxından monitorinq etdiyini bildirib.

Mindən çox əsgər təslim olub?

Rusiyanın Mariupola hücumunun önündə gedən çeçen döyüşçülərin lideri Ramzan Kadırov aprelin 13-də şəhərdə mindən çox ukraynalı dəniz piyadasının təslim olduğunu deyib. Rusiya dövlət televiziyası isə Mariupolda polad zavodunda təslim olan, çoxu yaralı ukraynalı əsgərləri göstərib.

Ancaq bu xəbəri müstəqil təsdiqlətmək mümkün olmayıb. Ukrayna ordusunun komandirləri Rusiyanın şəhərə hücumunun davam etdiyini bildiriblər.

ABŞ-ın aparıcı müdafiə rəsmisinin sözlərinə görə, Bayden administrasiyası təxminən 750 milyon dollarlıq hərbi yardım paketi hazırlayır.

***

Polşa prezidenti üç Baltik ölkəsinin liderləri ilə birlikdə Kiyevə yollanıb. Səfərin məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək sərgiləməkdir.

Andrey Dudanın müşaviri aprelin 13-də Twitter-də Polşa lideri ilə onun Baltik ölkəsindən üç həmkarının fotosunu yerləşdirib, qrupun Ukrayna paytaxtına yollandığını yazıb.

Son vaxtlar Avropa liderləri bir-birinin ardınca Kiyevə Zelenski hökuməti ilə danışıqlara gedir.

Duda və Polşa hökuməti Ukraynaya güclü dəstək verənlərdəndir, Ukraynaya avadanlıq və təchizat göndərir, 2.5 milyondan çox ukraynalı qaçqını qəbul edib.

Moskva ilə münasibətləri yaxşı olmayan Varşava NATO, ABŞ və Avropa İttifaqını (Aİ) Ukraynanı Rusiyaya qarşı müharibədə daha çox dəstəkləməyə çağırıb.

Almaniya prezidenti də gedirmi?

Xəbərlərdə Almaniya prezidentinin də qrupa qoşulduğu deyilsə də, Ukrayna rəsmiləri onun əvəzinə Kansler Olaf Şoltsu görmək istədiklərini deyiblər.

Ukrayna Almaniyadan ağır silahlar, o cümlədən tank və artilleriya istəyir. Amma Şolts bu cəhdi önləyir, bu məsələdə Aİ-nin birgə hərəkət etməli olduğunu deyir.

NATO-nun digər üzvləri, məsələn, Çex Respublikası artıq tanklar daxil ağır silahlar göndərməyə başlayıb.

Son bir neçə həftə ərzində Britaniya, Avstriya, Çex Respublikası, Sloveniya və Slovakiya liderləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfər ediblər.

Rusiya fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayıb. Qərb buna görə Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG