Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Prezident Vejnəli qızıl yatağı ilə bağlı məhkəmədən danışdı


Prezident İlham Əliyev və Mehriban Əliyeva ötən il Zəngilan rayonunda
Prezident İlham Əliyev və Mehriban Əliyeva ötən il Zəngilan rayonunda

“Oxçuçay (Arazın sol qoludur, Ermənistan və Azərbaycanın Zəngilan rayonundan keçir) təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir.”

AZƏRTAC-ın xəbərinə görə, bu barədə prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayonunda danışıb.

Dövlət başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək:

“Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”.

Moskvada nazir müavinlərinin görüşü keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Vejnəli yatağı

Vejnəli qızıl yatağı — Zəngilan rayonunun Vejnəli kəndi ərazisində yerləşir.

Ərazini 1993-cü ildə Ermənistan silahlı qüvvələri işğal edib. Ötən il oktyabrın 20-də bu rayon işğaldan azad edilib.

Azərbaycan Baş Prokurorluğundan bildiriblər ki, işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıq faktı ilə bağlı 2015-ci il oktyabrın 21-də, 2018-ci il martın 21-də Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri başlanıb.

Qurumun yaydığı məlumatda həmin cinayət işlərindən birinin Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olduğu vurğulanırdı.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG