Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:26

Putinlə görüş üçün karantinin müddəti 5 günə endirilib


Dərbənddə keçirilən iclasdan sonra Putin küçəyə çıxaraq əsasən qadın və uşaqlardan ibarət kiçik bir dəstə ilə yaxın təmasda olmuşdu
Dərbənddə keçirilən iclasdan sonra Putin küçəyə çıxaraq əsasən qadın və uşaqlardan ibarət kiçik bir dəstə ilə yaxın təmasda olmuşdu

Rusiya prezidenti Vladimir Putinlə görüş üçün karantinin müddəti 5 günə endirilib. Bu barədə məlumatı Fəridə Rüstəmovanın Faridaily layihəsi yayıb.

Putinlə planlaşdırılan görüşlərin iştirakçılarının karantində saxlanması praktikası 2020-ci ilin pandemiyasının əvvəllərindən tətbiq olunur.

Başlanğıcda karantin müddəti iki həftə idi, lakin bunu yay mövsümündə 1 günə endirmişdilər.

Faridaily layihəsinin müsahiblərindən biri deyib ki, əgər görüş Putinlə üzbəüz planlaşdırılırsa və yaxud görüşən şəxs Putinlə yaxın məsafədə təmasda olacaqsa, o cümlədən əl tutub görüşəcəksə, karantin müddətində COVID-19 və qrip üçün analizlər icbaridir.

Bu qayda heç vaxt pozulmayıb

Xəbər verilir ki, nə Ukraynaya müdaxilə, nə prezidentin vaksinasiyası, nə də pandemiyanın zəifləməsinə görə karantin müddəti qısaldılmayıb.

Faridaily yazır ki, bu, prezidentin görüşlərinin foto və videolarından da görünür.

Məsələn Putinin hökumət nümayəndələri ilə görüşləri videobağlantı vasitəsilə keçirilir. Belə ki, hökumət üzvlərinin bir neçə üzvünün karantində olması kabinetin işini poza bilər.

Putinin yoluxub xəstələnməməsi üçün birinci cərgədəki kresloların prezidentdən məsafəsi xeyli aralı saxlanır.

Bu yaxınlarda keçirilmiş Valday forumunda da bu qaydaya əməl edilib.

Təhlükəsizlik Şurasının və hökumət nümayəndələrinin Dağıstanda baş vermiş antisemit iğtişaşları ilə bağlı iclasında da iştirakçılar Putindən bir neçə metr aralıda oturmuşdular.

Dərbənddə görüş və şayiələr

Amma ötən iyunda Dərbənddə keçirilən iclasdan sonra Putin küçəyə çıxaraq əsasən qadın və uşaqlardan ibarət kiçik bir dəstə ilə yaxın təmasda olmuşdu.

O adamlardan bəziləri ilə əllə görüşmüş, hətta bir qız uşağının üzündən öpmüşdü.

Bundan sonra bu görüşdə Putin deyil, onun dublyorunun olmasına dair şayiələr yayılmışdı.

Faridaily hesab edir ki, karantin müddətinin azaldılması Putinin seçki kampaniyasının qeyri-rəsmi başlanması ilə bağlı ola bilər.

Rusiyada prezident seçkisi 2024-cü ilin martına təyin olunub. Dəqiq tarix hələ ki, məlum deyil. Putin daha bir müddətə prezidentlik üçün namizədliyini verəcəyini də elan etməyib.

Hələ ki, başqa mümkün namizədlərin də adları məlum deyil.

XS
SM
MD
LG