Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

Putin qiyamdan sonra Priqojinlə görüşübmüş


Kollaj: Rusiya prezidenti Vladimir Putin və Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin
Kollaj: Rusiya prezidenti Vladimir Putin və Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin

Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun komandirləri ilə görüşüb.

Bu barədə məlumatı Putinin mətbuat katibi Dmitri Peskov verib.

Beləliklə bu barədə məlumatı daha əvvəl Qərb kəşfiyyatına istinadən vermiş Fransa qəzeti Libération-un bu görüş barədə xəbəri təsdiq olunub.

Peskovun sözlərinə görə görüşdə 35 nəfər iştirak edib, görüş üç saat çəkib.

“Prezidentin belə bir görüşü olub. O bu görüşə 35 nəfəri dəvət edib. Görüşə bütün komandirlər və Priqojin də daxil şirkətin rəhbərliyi dəvət olunmuşdu”.

Peskov qeyd edib ki, tərəflər görüşdə qiyamın nəticələrini müzakirə ediblər, Putin baş verənlərə “qiymət verib”, komandirlərin izahatlarını dinləyib və onlara bundan sonra işədüzəlmə və “döyüşdə iştirak” barədə təkliflər verilib:

"Onlar vurğulayıblar ki, dövlətin və ali baş komandanın sadiq tərəfdarları və əsgərləridirlər. Onlar habelə deyiblər ki, bundan sonra da vətən uğrunda döyüşməyə hazırdırlar. Bu görüş haqqında deyəcəklərimiz bu qədərdir”.

Libération yazmışdı ki, Priqojini iyulun 1-də Kremlə çağırıblar və o orada Putinlə, habelə Rusiya qvardiyasının başçısı Viktor Zolotovla və xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb.

Bu da xəbər verilirdi ki, bu görüşə gedərkən Priqojini Vaqnerin komandirləri müşayiət ediblər.

Daha əvvəl baş verənlər

İyunun 23-də Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini və Baş Qərargahını Ukrayna müharibəsində səriştəsizlikdə ittiham etmiş və Moskvaya yürüşə başlamışdı.

Lakin iyunun 24-də gecə Vaqner və Rusiya rəhbərliyi arasında Belarus lideri Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə razılaşma əldə olunduqdan sonra yürüş dayandırılıb.

Peskov onda demişdi ki, Priqojin Belarusa gedəcək. Lukaşenkanın dediyinə görə o ən azı iyunun 27-də Belarusda olub. Lakin Lukaşenka iyulun 6-da demişdi ki, Priqojin Belarusda yoxdur, vaqnerçilər isə arxa cəbhədəki düşərgələrindədirlər.

İyunun 29-da Dövlət Duması müdafiə komitəsinin sədri Andrey Kartapolov demişdi ki, Vaqner “xüsusi hərbi əməliyyatda” (Rusiya Ukraynaya qarşı müharibəsini belə adlandırır-red) iştirak etməyəcək, çünki Müdafiə Nazirliyi ilə müqavilə bağlamayıb.

İyulun 3-də Vaqner şirkətinə bağlı teleqram kanalları xəbər verirdi ki, təşkilat muzdluların səfərbər edilməsini bir aylıq dayandırıb.

İyunun 30-da məlum olmuşdu ki, Roskomnadzor Yevgeni Priqojinə bağlı media qurumlarını – RIA FAN, “Politika Seqodnya” “Ekonomika Seqodnya”, “Nevskiye novosti” və “Narodnıye novosti” saytlarını bloklayıb.

Mash və Rotonda teleqram kanalları yazırdılar ki, Priqojin Patriot media holdinqini və “troll fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyini buraxıb.

XS
SM
MD
LG